Modern.az

Anar Nəcəfli işdən qovuldu

Anar Nəcəfli işdən qovuldu

Media

Bu gün, 00:53

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.

Modern.az Gununsesi.info saytına istinadən xəbər verir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.

Qeyd edək ki, Anar Nəcəfli fəaliyyəti dövründə media nümayəndələrinin sorğularına cavab verməməsi və jurnalistlərlə kommunikasiya baxımından passiv mövqe nümayiş etdirməsi ilə bağlı dəfələrlə tənqid olunub.

Xüsusilə yol infrastrukturu ilə bağlı jurnalistlərin bir sıra sorğularının cavabsız qalması onun fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olub.

Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?