Modern.az

Əminə Ağazada deputat kimi ilk səfərindən DANIŞDI

Əminə Ağazada deputat kimi ilk səfərindən DANIŞDI

Aktual

25 Sentyabr 2020, 12:05

“Sentyabrın 21-23 tarixlərində Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfəri baş tutub. Bu, Milli Məclisin Sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəri idi. Qeyd edim ki, VI çağırış Milli Məclisin deputatı kimi mənim də ilk xarici səfərim oldu”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Əminə Ağazadə Rusiya səfərini şərh edərkən deyib.

 

Deputat bildirib ki, bu səfər haqqında həm Milli Məclisin mətbuat xidməti, həm ölkənin xəbər mənbələri tərəfindən kifayət qədər məlumat təqdim olunub:

 

“Bununla bağlı əlavə bilgi vermək, sadalanan görüşləri, onlar haqqında mətbuatda gedən fikirləri bir daha təkrarlamağa ehtiyac duymuram. Mənim üçün bu səfərdə əsas məqam ilk dəfə deputat mandatı qazanmış gənc millət vəkili kimi xarici dövlətin yüksək kürsülərində dövlətimizin ali maraqlarının tərənnüm edilməsi, ölkəmizlə bağlı həqiqətlərin çatdırılmasında parlament təcrübəsindən maksimum yararlanmaq imkanının olması idi.

 

Bu baxımdan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Rusiya Federasiyasının Federal Şurasının payız sessiyasının açılışında çıxışını xüsusi qeyd etmək istəyirəm. Bildirim ki, ilk dəfə idi ki, Azərbaycan Milli Məclisinin Sədri Federal Şurada sessiyanı açaraq çıxış edirdi. Sahibə xanımın bu çıxışı hələ uzun müddət mənim üçün unudulmaz bir parlamentarizm dərsi olaraq yaddaşımda qalacaqdır”.

 

Əminə Ağazadə Sədrin ilk olaraq Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs etdiyini, Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri olduğunu vurğuladı:

 

“Ümummilli lider Heydər Əliyevin Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdı. Hazırda Prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında mövcud olan dostluğun və qarşılıqlı etimadın ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verdiyini diqqətə çatdırdı.

 

Sonra Milli Məclisin Sədri Federasiya Şurasının yüksək tribunasından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin barədə məlumat verərək münaqişənin tarixi həqiqətlərini rusiyalı senatorların diqqətinə çatdırdı. Nitqində tarixi faktlara əsaslanan Sahibə xanım 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edilməsi faktını qeyd etdi. Milli Məclisin sədri xüsusi olaraq vurğuladı ki, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi bu tarixi sənəddə Dağlıq Qarabağın “təhvil verilməsi” deyil, “saxlanılması” faktı öz təsdiqini tapır. Sahibə xanım öz qətiyyətli çıxışında tarixi faktlara, ölkələr arasında bağlanmış müqavilələrə, hüquqi sənədlərə istinad edirdi. Beynəlxalq hüququn ən yüksək instansiyasında- BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmadığını bildirən Milli Məclisin sədri onu da qeyd etdi ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin dünya ictimaiyyəti onu da bilməlidir ki, Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir