Modern.az

2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub

2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub

Aktual

25 Sentyabr 2020, 19:39

Bu ilin ötən dövründə 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib. 

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşü zamanı bildirib.

 

Nazir qeyd edib ki, bunun 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir. 

 

F.Məmmədov eyni zamanda deyib ki, pandemiya dövründə həmçinin 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır