Modern.az

Baş nazirin müavini cəbhə xəttinə yollandı

Baş nazirin müavini cəbhə xəttinə yollandı

Aktual

26 Sentyabr 2020, 20:00

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır