Modern.az

Dağıstanda azərbaycanlı atasını boğdu

Dağıstanda azərbaycanlı atasını boğdu

Aktual

26 Sentyabr 2020, 22:27

Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına əllərilə çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu naməlum bir əşyadan istifadə edərək boğub”.

Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb.

Məlumata görə, hadisəni törədən şəxs Sumqayıt şəhər sakini Etibar adlı şəxsdir. Qətlə yetirilən atanın adı isə Cahiddir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi