Modern.az

Azərbaycanda koronavirusdan sağalanlar yenə yoluxanları üstələdi

Azərbaycanda koronavirusdan sağalanlar yenə yoluxanları üstələdi

29 Sentyabr 2020, 17:10

Azərbaycanda koronavirus infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib, aktiv xəstə sayı 1702 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1.110.279 test aparılıb.

 

Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır