Modern.az

“Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik

“Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik

Aktual

29 Sentyabr 2020, 20:30

Qarabağ torpağı Azərbaycana məxsusdur. Ermənistan işğalçıdır. Türkiyə sona qədər Azərbaycanın yanındadır.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyasının Milli Qərar Şurasının iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamalarında deyib.

“Ermənistanın qanunsuz hücumları nəticəsində şəhidlərimiz var. Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistanın hücumlarını bir daha şiddətlə qınayırıq. Azərbaycan ilə Türkiyə eyni taleyə, eyni gələcəyə sahib iki ölkədir. Kürsümüzdəki bu iki bayraq fotosu bunun rəmzidir. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.

Beynəlxalq ictimaiyyətin Ermənistanın hücumlarını qınamalı olduğunu vurğulayan Ö.Çelik bildirib: “Qarabağ torpağı Azərbaycanındır. Ermənistan işğalçı tərəfdir. Ermənistan sülhü pozan bir təxribata imza atıb. Ermənistan işğal etdiyi torpaqları tərk etdiyi anda, bu problem öz həllini tapacaq. Minsk qrupu artıq 30 ildir bu məsələnin həlli istiqamətində heç nə etməyib”,- deyə açıqlamada qeyd edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi