Arxiv
30 Sentyabr 2020, 17:54 | DİASPOR
Azərbaycanda yaşayan icmalar ölkəmizin haqlı mövqeyini müdafiə edir
 

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan icma rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Indian Assosieyşn Azərbaycan” İctimai Birliyi, Azərbaycanın Gürcü İcması, Azərbaycanın Ukrayna Konqresi, Azərbaycanın Rus İcması, “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi, Pakistan Diasporu, Azərbaycanda yaşayan Axıska Türkləri, Dünya Axıska Türkləri Birliyi, Alman-Azərbaycan Cəmiyyəti, “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi humanitar təşkilatı, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri iştirak edib.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, komitə sədri Fuad Muradov Azərbaycanın sülhsevər, tolerant və multikultural dəyərlərə malik bir ölkə olduğunu, müxtəlif millətlərə mənsub insanların burada rahat və firəvan yaşadığını qeyd edib. O, cəbhəboyu zonada Ermənistanın törətdiyi təxribatdan danışıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında diasporumuzla bərabər, yerli icmaların da xüsusi rolu olduğunu diqqətə çatdırıb.

 

“Indian Assosieyşn Azərbaycan” İctimai Birliyinin həmtəsisiçisi Ronald DʼMello çıxış edərək qeyd edib ki, “Azərbaycan Respublikasının Prezidendi İlham Əliyevin Rusiya-1 telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatlarına dair həqiqətlər tam dolğunluğu ilə ifadə olunub. Biz bu həqiqətləri həm dünya ictimaiyyətinə, həm də yaşadığımız ölkənin insanlarına çatdırırıq. Mən 25 ildir ki, Azərbaycanda yaşayıram, bu ölkənin insanlarını sevirəm və Qarabağla bağlı əsl həqiqətləri bilirəm. Bu həqiqətlərin yayılmasını özümə borc hesab edirəm”.

 

Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze icmalarla keçirilən görüşü müsbət qiymətləndirib və bildirib ki, mülki əhalinin, azyaşlıların qəsdən hədəfə alınması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud surətdə pozulmasını sosial şəbəkələr və media vasitəsilə beynəlxalq aləmə, həm də mənsub olduğumuz millətlərin nümayəndələrinə çatdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik.

 

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina və digər çıxış edən icma nümayəndələri Qarabağla bağlı səhih məlumatların yayılmasında yaxından iştirak edəcəklərini bildiriblər.

 

Müzakirənin sonunda icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanan birgə bəyanat imzalayıblar. Bəyanatda beynəlxalq təşkilatları təxribatlara son qoyulması və işğal edilmiş Azərbaycan ərazilərinin dərhal azad edilməsi üçün Ermənistana təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara hörmətlə yanaşmasını təmin etməyə çağırıblar.

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:06 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36