Arxiv
1 Oktyabr 2020, 09:30 | REPORTAJ
Bizim Əsgər - “Oğlumu yola salanda dedim ki, Şuşanı azad etmədən geri dönmə!” - Döyüşçü anası ilə MÜSAHİBƏ

Tanınmış şairə: “Oğlum cəbhəyə gedəndən sonra harada olduğundan xəbərimiz yoxdur, amma bilirəm ki, o, haradadırsa, orada haqq var”

 

İşğalçı Ermənistan ordusu ilə qanlı müharibənin bərpa olunmasının 5-ci günüdür. Cəbhədə şiddətli döyüşlər davam edir. Azərbaycanda qismən səfərbərlik elan olunub.
Modern.az saytı olaraq vətənimizi qoruyan əsgərlərimizə dəstək məqsədilə “Bizim əsgər” rubrikasına start veririk. Rubrikamız könüllü olaraq orduya yazılan vətən övladları, hazırda döyüş bölgəsində vuruşan əsgərlərimiz, şəhidlərimiz və onların yaxınları barədədir.


Müsahibimiz şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Nuranə Nurdur. Qeyd edək ki, Nuranə xanım bir neçə gün öncə yeganə oğul övladını cəbhəyə yola salıb.

- Nuranə xanım, bir neçə gün öncə oğlunuz könüllü olaraq cəbhə bölgəsinə yollandı. Özünüzü necə hiss edirsiniz?

-
Çox sağ olun, yaxşıyam. Bu gün oğlu cəbhədə olan ana olaraq danışmaq nə qədər çətindirsə, bir o qədər də qürurludur. Gecələrim yenə yuxusuz keçir...


- Oğlunuzun böyüdüyü mühit haqqında bizə məlumat verməyinzi istərdik. Onda vətənpərvərlik hissləri necə formaslaşıb? Uşaqlıqdan hərbə marağı olubmu?


- Oğlum hər bir azərbaycanlı övladı kimi uşaqlıqdan Qarabağ, Vətən sözlərini eşidib və bu sözlərin təsirində böyüyüb. Hələ məktəbə getməzdən öncə əsgər olmaq istəyirəm deyəndə gülürdük. Atası hərbçi olmağını istəyirdi, mən isə istəmirdim. Hərbçi həyatının çətinliyini bilirdim deyə, buna razı olmadım. Lakin hərbi xidmətini xüsusi fərqlənmə ilə yerinə yetirəndə anladım ki, oğlum Vətən uğrunda döyüşməyə hazırdır.


- Böyük ürək sahibisiniz, çünki yeganə oğlunuz Vətən uğrunda əlinə silah alıb. Müharibənin acı tərəfləri sizi qorxutmur ki?

- Heç bir ana müharibə istəmir, lakin bizim başqa yolumuz yoxdur. Allah bütün əsgərlərimizi, zabitlərimizi qorusun! Oğlumu yola salanda bir söz dedim: “Oğul, Şuşanı azad etmədən geri dönmə!”.


- Əslən o bölgədənsiniz?

- Region olaraq Qarabağlı deyilik və o yerləri heç görməmişik. Amma bu gün hamımız Qarabağlıyıq. Bu savaş başlayanda mən uşaq idim, indi isə övladım bu savaşı bitirməyə və torpaqlarımızı azad etməyə gedib. İnşallah, tezliklə torpaqlarımızı işğaldan azad edib, bayramlarımızı tarixi torpaqlarımızda qeyd edərik.


- Oğlunuz həqiqi hərbi xidmətini nə vaxt bitirmişdi?

- Oğlum hərbi xidmətdən bir il öncə gəlmişdi. Bu ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Komitəsinə gedib, könüllü olaraq orduya yazıldı.


- Nuranə xanım, şeirlərinizdə xüsusi bir vətənpərvərlik ruhu var. Bəs bu tip şeirlərinizin oğlunuza təsiri olubmu?

- Şeirlərimi deyə bilmərəm, tərbiyəmin oğluma çox ciddi təsiri olub. Oğlum sentimental uşaq deyildi və şeir oxumaqla arası yox idi. Amma o, ruhu saf, ədalətli bir oğuldur. Onun xarakterindəki kişilik, mərdlik məni həmişə qürurlandırıb. Bu gün isə bu hissin ən pik nöqtəsindəyəm.

- Hazırda oğlunuzdan,əsgərimizdən hər hansı bir xəbər varmı?


- Oğlum cəbhəyə gedəndən sonra harada olduğundan xəbərimiz yoxdur, amma bilirəm ki, oğlum haradadırsa, orada haqq var.


- Cəbhəyə, vətənimizin müdafiəsinə oğul göndərən bir ana kimi xanımlarımıza bir sözünüz varmı?


- Bütün hərbçi və əsgər analarına, bacılarına, həyat yoldaşlarına hər zaman qürurlu və əzmli olmağı yaraşdırıram. Bəli, bu gün birlik günüdür. “Kasıbın övladı, varlının övladı” söhbətini yığışdırmaq lazımdır. Bir olmaq, Vətən olmaq, əsgər olmaq günüdür. Allah əsgər balalarımızı, qardaşlarımızı qorusun, şəhid analarına isə səbr versin.


- Müsahibəmizi  “Əsgərə salam” ilə tamamlayaq. Nə demək istərdiniz?

- Bizim bu kiçik müsahibəmizi oxuya bilməyən, gərgin döyüşlərdə olan bütün əsgərlərimizə salamımı və dualarımı yollayıram. Döyüşlər gedir və bu gün bütün anaların duaları cəbhəyə qaranquşlar kimi qonur. Heç bir ana müharibə istəmir, qan istəmir. Amma bu savaş başlayana kimi belədir. İndiki durumda müharibənin bitməsini istəmək isə şəhid analarına və onların övladlarının ruhuna haqsızlıqdır. “Hər şey Vətən üçün, hər şey cəbhə üçün” prinsipi ilə nəfəs almalıyıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47