Modern.az

“Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva

“Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva

1 Oktyabr 2020, 22:47

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdardır və tərəflərdən heç biri digərinə qarşı dəstəkləmir.

Modern.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib.

 

“Türkiyə ənənəvi olaraq Azərbaycanı dəstəkləyir. Bunu bilirik. Amma bu o demək deyil ki, Azərbaycana qarşı Ermənistanın tərəfindəyik. Bu belə deyil. Biz ədalətli həlli, atəşin dayandırılmasını, hərbi əməliyyatların bitməsini dəstəkləyirik”.

 

Nebenzya tərəfləri təmkinli olmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır