Arxiv
4 Oktyabr 2020, 14:50 | DİASPOR
İsveç azərbaycanlıları Stokholmda mətbuat konfransı keçirdi

İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

 

Modern.az  xəbər verir ki, mətbuat konfransında Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib və İsveç mediasının sualları cavablandırılıb.

 

İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloggerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab verib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən yaşayış məntəqələrini, mülki əhalini, azyaşlıları atəşə tutur, dünyanın müxtəlif ölkələrindən terrorçu qruplaşmaların üzvlərini diaspor adı ilə öz ölkələrinə gətirirlər.

 

İsveç cəmiyyətinə və müxtəlif dövlət orqanlarına Azərbaycanın rəsmi mövqeyinin çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

İAKŞ-ı və bu ölkədəki müxtəlif Azərbaycan diaspor təşkilatlarını təmsil edən İradə Əliyeva, Abdulla Amir Həşimi Cavanşir, Nadir Hollenbrand, Teymur Eminbəyli, Gülüş Nemətova, Emin Eminbəyli, Rauf Səfərli, Səbinə İskəndərli, Türkan Cəfərzadə, Eluca Atalı jurnalistlərin Qarabağ problemi, bu mövzuda Avropada aparılan təbliğat, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmin ərazilərdəki təbii sərvətlərin talanması və s. ilə bağlı sullara cavab verib, bəyanatlar səsləndiriblər.

 

Bəyanatlar həm mətbuat orqanlarına, həm də rəsmi qurumlara yönəldilib.

 

Mətbuat konfransında İsveçdə olan 21 Azərbaycan təşkilatı və dərnəyi təmsil olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13