Modern.az

Vahid Əhmədov: “Müharibə Ermənistan iqtisadiyyatını çökdürür, Xankəndi, Şuşa boşalır...”

Vahid Əhmədov: “Müharibə Ermənistan iqtisadiyyatını çökdürür, Xankəndi, Şuşa boşalır...”

Parlament

7 Oktyabr 2020, 12:30

“Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlı olduğu üçün müharibənin təsirləri o qədər hiss edilmir, arxa cəbhədə həyat öz axarında davam edir, insanlar öz işində-gücündədirlər. Ordumuzun daha da qüvvətli olması üçün hər cür dəstəyi əsirgəmirlər”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

 

Deputat deyib ki, qüdrətli Azərbaycan dövlətinin bütün sahələrdə ehtiyatları var:

“Bizim zərərlərimiz ermənilərin məruz qoyduğu dağıntılardır. Hansı ki, çox sayda mülki əhalinin evi dağıdılıb, obyektlər yararsız hala düşüb. Dəymiş ziyanla bağlı dəqiqləşmələr aparılır, baş prokuror Kamran Əliyevin rəhbərliyilə yaradılan xüsusi istintaq qrupu araşdırmaları davam etdirirlər. Ermənilər tərəfindən dəymiş ziyan beynəlxalq məhkəmələrdə çəkişmə obyekti olacaq. 30 ildə Azərbaycan düşmənin işğalçılıq siyasətindən gördüyü ziyanla bağlı da beynəlxalq məhkəmələrə müraciət edəcək. Bunun üçün bizim əlimizdə kifayət qədər faktlarımız var”.

 

Deputatın sözlərinə görə, 27 sentyabrdan başlayan hərbi əməliyyatlardan sonra Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşıb:

“Onsuz əhali çətin vəziyyətdə yaşayırdı, pandemiya onları çökdürmüşdü. Xarici havadarlarının hesabına dolanırdılar. İndiki məqamda sosial cəhətdən təmin olunmamış əhalinin güzəranı daha da ağırlaşıb.

Dövlət başçımız humanistlik göstərərək, onlara işğalçılıq siyasətindən vaz keçməyi, əraziləmizi tərk etməyi təklif etdi. Paşinyan bununla razılaşmadığı üçün nəticələrə qatlanmalıdır. Ermənilər nəhayət anlamalıdırlar ki, Paşinyanın həyata keçirdiyi siyasət, onları hər gün daha da ağır sona yaxın edir”.

 

 

V.Əhmədov bildirib ki, müharibə Azərbaycanın qələbəsilə sonlanacaq:

“Buna heç kimin şübhəsi olmasın. Bu günlərdə torpaqlarımızın azad edilməsilə bağlı yeni xəbərlərin müjdəsini cənab Prezidentdən və şanlı ordumuzdan alacağıq. Qələbəyə çox az qalıb. İnşallah, bundan sonra əsas işimiz azad edilmiş torpaqlarımızın yaşayış üçün bərpa edilməsinə yönəldiləcək. Bunun üçün yeni qanunlar tərtib ediləcək, əhali öz yurd-yuvasına qayıdacaq. Ona görə də nikbin olmaq lazımdır”.

 

Parlamentari deyib ki, Paşinyanın axşamkı “danışıqlara hazıram” fikrinin heç bir əhəmiyyəti yoxdur:

“Faktiki olaraq, Azərbaycan Ordusu böyük üstünlüklə qələbə qazanır. Məsələnin tam həlli üçün çox az qalıb. İndi Paşinyan nəyin söhbətin etmək istəyir?! Cənab Prezident, Müdafiə naziri öz təkliflərini elədi, qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıq dedi ki, “çəkilin işğal etdiyiniz torpaqlardan”. Təklif ediləndə baxmadılar, indi dalana dirənəndə Paşinyan danışıq istəyir?! Görür ki, əhalisi qaçır, Xankəndi, Şuşa boşaldılır. Belə bir şəraitdə Azərbaycan danışıq masasına niyə oturmalıdır ki?! Paşinyanın özünün bundan sonra baş nazir olub-olmayacağı dasual altındadır. Gedişat göstərir ki, hadisələr yekunlaşandan sonra Paşinyan hakimiyyətdən kənarlaşdırılacaq. Çünki erməni rəhbər çox böyük səhvlərlə tarixə düşür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür