Modern.az

Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - FOTO  

Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - FOTO  

7 Oktyabr 2020, 15:28

Bu gün səhər saatlarından başlayaraq Füzuli-Cəbrayıl istiqamətində cəbhəyanı yaşayış məntəqələrimiz müxtəlif çaplı artilleeriya silahlarından atəşə tutulub.

 

Kəndlərdə dağıntılar olsada xoşbəxtlikdən insan itkisi yoxdur.

 

Modern.az xəbər verir ki, bu istiqamətdə ağır itkilərindən sonra son iki gündə Ermənistan Ordusunun top atışlarında azalmalar müşahidə olunmuşdu. Düşmən bu bölgədə ağır hərbi texnika, minatanlar və avtomobillər qoyaraq ön xətdən onlarla kilometr uzaqlaşdırılıb.

 

Səhər saatlarında cəbhəyanı kəndə düşən mərmilərdən biri evin ortasına düşərək tamamilə yararsız hala salıb. Kənd sakinləri bildirir ki, düşmənə ordumuz  adekvat cavab verir  və onlar öz mövqelərini tərk etməyə məcbur olur. 

 

Təhlükəyə baxmayaraq sakinlər öz kəndlərini tərk etmirlər və  güclü Azərbaycan ordusuna güvənirlər. Hamı Zəngilandan,Şuşadan, Kəlbəcərdən, Laçından, Şuşadan və digər ərazilərimizdən gələcək qələbə xəbərlərin gözləyir.

 

Qeyd edək ki, döyüşlər zamanı cəbhənin Füzuli istiqamətində erməni faşistlərinin təxribatı zamanı ümumilikdə 20-dən çox yaşayış evlərində ciddi dağıntılar qeydə alınıb, 3 nəfər həlak olub və 9 soydaşımız yaralanıb.

 

Şöhrət Eyvazov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi