Arxiv
8 Oktyabr 2020, 09:40 | AKTUAL
Sabiq maliyyə naziri: Ermənistan iqtisadiyyatı dərin böhran yaşayır

Siyasi və hərbi səhnədə iflasa uğrayan Ermənistan indi də iqtisadi cəhətdən çökməyə davam edir. Bir tərəfdən  pandemiyaya qarşı normal müqavimət göstərə bilməyən bu ölkə indi də müharibə vasitəsilə özünün fəlakətini yaxınlaşdırır. Belə ki, özünün aqressor mahiyyətini gizlətməyən, özgə torpaqlarına göz dikən, istila ilə məşğul olan Ermənistanın Azərbaycana qarşı iddiaları ona cox  baha başa gəlir. Beynəlxalq ekspertlərin hesablamalarına görə 27 sentyabrdan başlayan hərbi əməliyyat nəticəsində Ermənistana dəyən zərərin miqdarı 1,5 mlrd ABŞ dolları həcmində qiymətləndirilir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, kasıbçılıq həddi olduqca gərginləşir.  Müharibədə gündəlik itkiləri 150 milyon ABŞ dolları həcmində olan Ermənistanın bu vəziyyətə çox dözə bilməsi qeyri realdır. Digər bir tərəfdən isə müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı güclənir, xarici borcların səviyyəsi katastrofik artmaqdadır. İqtisadiyyatın bərbad günə düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır.

 

 Əldə olan  məlumatlara görə ilin sonuna bu ölkədə ÜDM-in səviyyəsi 6,8% azalaraq 12,967 mln ABŞ dolları olacağı proqnozlaşdırılır. Hələ hərbi əməliyyata çəkilən xərcləri də saysaq, yəqin ki, bu azalma faizi 2-3 dəfə artıq  olacaqdır. Xarici borcların həcmi bu ilin aprel-sentyabr aylarında 700 milyon artaraq 5,981 mlrd ABŞ dollarına çatmışdır. Bu isə o deməkdir ki, Ermənistanın xarici borcu ÜDM-in 50%-nə yaxındır. Son neqativ hadisələri də nəzərə alsaq, bəzi ekspertlərin fikrincə ilin sonuna bu göstərici 80-90% səviyyəsinə çatacaqdır.

 

Hal-hazırda bu ölkədə  büdcənin hərbi xərclərinin 84 mln dollar artırılması müzakirə edilir. Nəticədə büdcə kəsiri 964 mln ABŞ dolları təşkil edəcəkdir, bu isə o deməkdir ki, ümumi büdcə xərclərinin 28%-i kəsirdir. Çökməkdə olan iqtisadiyyat müharibə nəticəsində  daha da ağırlaşacaq və ölkənin mövcudluğunu şübhə altına alacaqdır.

 

Qeyd etdiklərimiz, deməyə əsas verir ki, adambaşına düşən ÜDM,  büdcə xərcləri, orta aylıq əmək haqqı və pensiya məbləği gözə çarpacaq dərəcədə aşağı düşəcəkdir, milli valyuta həm ABŞ dollarına nisbətən, həm də AVRO –ya nisbətən xeyli ucuzlaşacaqdır. İllik inflyasiya faizi yüksələcək, istehlak mallarının  və xidmətlərinin qiymətlərinin artırılmasına gətirib çıxardacaq və ölkədə dəhşətli sosial böhran yaşanacaqdır. Donor tapmaq  üçün “üzdəniraq” Ermənistan hökuməti Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Fransa və digər ölkələrə  diz çökərək yalvaracaq.

 

Əvəz Ələkbərov, sabiq maliyyə naziri,

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri,  iqtisad elmləri doktoru, professor, əməkdar müəllim

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?