Arxiv
8 Oktyabr 2020, 13:05 | ƏDƏBİYYAT
Qələbə sevincinin ilk şəhidi...

Nicat Kolan 


Şəhidlik adi ölüm deyil, vətən, torpaq, millət, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik-verilmiş ömür payını gələcək nəsillərin xoş günlərinə bağışlamaqdır...

Bu gün Azərbaycan ordusu, torpaqlarımızın-Qarabağımızın azad olunması, mənfur düşmənlərin torpaqlarımızdan sonuncu dığasına qədər qovulması, onların layiqli cavabının verilməsi, şəhidlərimizin qisasının alınması istiqamətində iri miqyaslı əməliyyat tədbirləri həyata keçirdir. Bu məqsədlə xalqımız, vətəndaşlarımız hamılıqla səfərbər olur, dövlətimizə, hökumətimizə dəstək olur, Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini nümayiş etdirirlər. Bu gün hər bir qarabağlı, hər bir azərbaycanlı, 27 ildən bəri həsrətində olduqları ata-baba yurduna, əzəli torpaqlarımıza qayıdacağı günün sevincini yaşamaqdadır və inşaallah qələbə gününü görmək hər birimizə qismət olacaq, o gün çox yaxındadır...

Əlbəttə, müharibə varsa itki də, yaralı da, ölüm də olmalıdır. Bunu hər birimiz soyuqqanlılıqla qəbul etməliyik... Şəhid -  əlində silah düşmənlə döyüşüb, haqq yolunda, torpaq, millət uğrunda ölüb, haqqın dərgahına qovuşanda olur...Şəhidlik uca bir zirvədir...

Biri də var, sevincindən, ata-baba yurduna qovuşacağı, doğulub, boya-başa çatdığı yerləri yenidən görməyin, qarış-qarış tanıdığı, hər cığırında, tinində, küçəsində gəzdiyi yerlərdə yenidən yaşamağın, 27 illik vətən həsrətinə son qoyulacağının həyacanını yaşayarkən, ürəyin bu həyəcanlı anları daşıya bilməyib, dayanması...Bax buna deyirlər: "Qələbə sevincinin şəhidi" ...Bəli,  sentyabrın 27-də, haqq yolunda savaşa başladığımız gün, Qarabağ ilk sevincdən şəhid olan oğlunu – polkovnik-leytenant Elçin Soltan oğlu Bayramovu itirdi...


Çox böyük həyəcan və iztirabla izlədi ordumuzun uğurlu əməliyyatlarını, işğaldan 7 kəndimizin azad edildiyi xəbərini eşidib sevincindən ürəyi Xarı Bülbülün qnadları təkin çırpındı, böyüdüyü, yaşadığı yerlərə qayıdacağı, doğma el-obasının azad olunacağı hissindən vəcdə gəldi... Əmisi oğlu, professor Qurban Bayramova zəng edib, fərəhlə: - Əmi oğlu, torpaqlar alınsın, Əlimədədlidə, Sarı bulağın üstündə sənə bir quzu kəsib, qələbə ziyafəti verəcəm - deyib, sevincini bölüşdü...Dostlarla zəngləşib, tək-tək onları təbrik elədi, uşaq kimi sevindi... Yerində atılıb-düşdü və zalım, fürsətkeş tromb öz işini gördü...


Ürəyi igid əsgərlərimizin yanında, onlarla bir döyündü, sevincindən qanad açıb uçmaq istədi... Uçdu... amma ruhu uçdu Qarabağa... ata-baba yurdu Ağdama, Kolanıya...Nigaran, şəhid ruhlarımıza, atasının, əmilərinin ruhlarına ilk müjdəni o apardı, onları sevindirdi: "Gözünüz aydın, Qarabağ düşmən tapdağından azad edilir, övladlarınız geri dönür, zəfər Azərbaycanındır! "...

Elçin Bayramov 19 dekabr 1960-cı ildə Ağdam şəhərində anadan olub, orda böyüyüb, boya-başa çatıb, orta məktəbi orda oxuyub. Atası Soltan həkim Qarabağın sayılıb-seçilən kişilərindən olub, uzun müddət Ağdam rayonunun səhiyyəsinə rəhbərlik edib, Qarabağ camaatı onu loğman adlandırıb...  Böyük qardaşı, orta məktəb şagirdi Sədrəddin Bayramov 14 yaşında igidlik göstərib, Xaçıncay su hövzəsində batan iki məktəblini xilas edərkən özü həlak olub... Haqqında poema, şeirlər, məqalələr yazılıb, Ağdam rayon 1 saylı şəhər orta məktəbi onun adını daşıyır...


Belə bir ailənin yetirməsi olan Elçin Bayramov Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomuilə bitirib, hüquqşünas peşəsinə yiyələnib. Bir sıra rayonlarda  -- Laçında, Yevlaxda, Goranboyda, Bərdədə, Mingəçevirdə polis sistemində məsul vəzifələrdə  layiqincə xidmət edib, polis polkovnik-leytenantı rütbəsinə yüksəlib...  Xidmət etdiyi yerlərdə böyük nüfuz qazanıb, sadəliyinə, haqqı nahaqqa vermədiyinə, halallığına görə hər kəsin sevimlisinə çevrilib, rəğbətə, hörmətə layiq görülüb. Ermənilərin Qarabağda torpaq iddiası başlatdığı ilk günlərdən xalqının yanında olub, düşmənlərə qarşı döyüşlərdə bir polis zabiti kimi gecə-gündüz döyüşüb, əlindən gələn köməkliyi göstərib, dərdlinin  dərdinə, sevinənin sevincinə şərik olub...
    
Vətəninə, torpağına çox bağlı idi, torpaqlarımızın itirilməsi, ata-baba yurdunda yağıların gəzməsini, o gözəl, səfalı yerlərdə yaşamalarını heç cürə qəbul edə bilmir, onu özünə böyük dərd edirdi...Tam bu dərd yükünün çiynimizdən atılacağı, köçkün-didərgin damğasının üzərimizdən götürüləcəyi, doğma el-obamıza qovuşacağımız günün astanasında, ürəyi bu şad xəbərə tab gətirmədi, sevincindən, fərəhindən,   dayandı... Çünki, 27 iliydi qəm, qüssə, bir nisgil kimi kök salmışdı qəlbində... Sentyabrın 27-də qələbə sevincindən ürəyi dayandı, qələbə sədasının sevincindən ilk şəhid oldu... Onun üçün 27-rəqəmi iki yandan qapandı...
 Bu xəbər məni sarsıtdı, sanki əlim-qolum sındı,  acizləşdim, kimsəsizləşdim, bir boşluq doldu həyatıma... Mən, arxa-dayağımı, ən yaxın adamımı, güvən yerimi, bir dərdim-sərim, çətinliyim, problemim olanda yanına qaçdığım, kömək istədiyim, həm də ürək açıb sirrimi bölüşdüyüm sirdaşımı, dostumu, böyük qardaşımı, əmimi itirdim...

Bu itgi mənimlə bərabər, dostlarını da, qohumlarını da, onu tanıyan hər kəsi yandırdı. Hər zaman dost, qardaş yolunda əlindən gələni elədi, qohum-əqrəbanın hayına çatdı, dar günlərində yanlarında oldu...

Daim gülər çöhrəsi, xasiyyətində mülayimlik, mehribanlıq varıydı. Heç bir insanın xətrinə dəyməz, bacardığı qədər ətrafındakı insanlara dayaq durar, sevinclərinə sevinər, kədərlərinə üzülərdi. Yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəm olmuşdu...Yardımsevərliyi ilə seçilirdi, elə bil ki, bu dünyaya hamıya yardım etməyə gəlmişdi...

Ən böyük arzusuydu Qarabağın azadlığı... bu gün Şanlı Ordumuz addım-addım qələbəyə doğru irəliləyir... İnşaallah, Qarabağa, Ağdama- Şuşaya Azərbaycan bayrağı sancılan gün, məzarın üstünə gəlib, deyəcəm: " Gözün aydın, arzuların çin oldu, Elçin əmi, Qarabağ azad oldu, gözün arxada qalmasın... Ruhun şad olsun!".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30 Şeyx BMT Baş Katibinin müavininə ermənilərin vəhşiliyindən DANIŞDI 26 Oktyabr 2020, 14:25 İlham Əliyev: “Elə bil prokurordur, ittiham edir bizi” 26 Oktyabr 2020, 14:20 Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO 26 Oktyabr 2020, 14:13 Pakistan Fransaya etiraz notası verib 26 Oktyabr 2020, 14:08 Baş Prokurorluq Ermənistan tərəfindən bu saatadək həlak olanların siyahısını AÇIQLADI 26 Oktyabr 2020, 14:02 Prezident düşmənin məhv edilmiş texnikasının SİYAHISINI açıqladı 26 Oktyabr 2020, 13:58 Nazirlik bu qurumlarla Anlaşma Memorandumu imzaladı - FOTO 26 Oktyabr 2020, 13:53 Azərbaycan əsgəri xalqa MÜRACİƏT ETDİ - VİDEO 26 Oktyabr 2020, 13:50 Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb 26 Oktyabr 2020, 13:46 Sabahın hava PROQNOZU 26 Oktyabr 2020, 13:40