Arxiv
14 Oktyabr 2020, 10:30 | İQTİSADİYYAT
“Hökumət manatın cüzi ucuzlaşdırılmasına gedə bilər” - Ekspert RƏYİ

ABŞ prezidenti Donald Trampın seçkiöncəsi koronavirusa yoluxması dollara təzyiqi artırıb. Maraqlısı isə bu proseslər fonunda digər ölkələrin milli valyutalarının qarşılıqlı olaraq dəyərdən düşməsidir. Xüsusən, Azərbaycanın qonşuğulunda yerləşən Gürcüstan, Rusiya, Ermənistan və Türkiyədə milli valyutalar ABŞ dolları qarşısında dəyər itirb.

 

Bunun səbəblərilə bağlı Modern.az-ın suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.

 

“İxracatçılar milli valyutalarının möhkəmlənməməsində maraqlıdırlar”

 

Ekspert qeyd edib ki, hazırda hər bir ölkə, əsasən də ixracatçılar milli valyutalarının möhkəmlənməməsinə çalışırlar:

 

“Çünki valyutaları möhkəmləndikcə rəqiblər qarşısında üstünlüklərini itirirlər. Ona görə də ABŞ-ın Federal Rezerv Sisteminin rəhbərliyi bütün açıqlamlarında dolların dəyişməməsi üçün əlindən gələn təzyiqi edir. Amerika birjalarına daha çox dəstək göstərəcəyini, daha çox nikbinlik saxlayacağını söyləyir.

Eyni şeyi Avropa Mərkəzi Bankının rəhbərliyi də edir. Çin qarşısında rəqabətə davam gətirmək üçün valyutanı bilərəkdən dəyərdən salaraq  ixracatda üstünlük qazanmaq istədiyini görürürk. Onlar Avropa və Amerikada öz valyutaları ilə bağlı təşviqedici addımlar ataraq, valyutalarının daha çox möhkəmlənməsinə və bahalşamasında maraqlı deyillər”.

 

Ermənistan dramının “dram”ı...

 

N.Cəfərlinin sözlərinə görə, bu isə bu günə qədər dünyada nadir görünən situasiya yaradıb:

“Bütün əsas ölkələr bir-birilə valyuta müharibələri apararaq, öz milli valyutalarının dəyərdən düşməsi üçün müəyyən addımlar atırlar. Bura Brexit məsələsi də qarışır. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı saziş imzalamaqda çətinlik çəkirlər. Çox güman ki, anlaşmasız Brexit olacaq. Bu da avronun və funt sterlinqin dəyərinə də ciddi təsir göstərən amilə çevirilməkdədir. Dünyada gedən proseslər bununla bağlıdır. Asılı olan ölkələrdə milli valyutaların dəyərdən düşməsi həm də neft amili ilə bağldır. Son vaxtlar rublun kəskin dəyərdən düşməsinə həm neft amili, həm də Rusiyaya qarşı geniş sanksiayalın tətbiqi də təsir edir. Bunların fonunda Ermənistanda milli valyutanın dəyərdən düşməsi həm dünyada gedən proseslərlə, həm  də rus rublu ilə əlaqədardır. Çünki Ermənistan iqtisadiyyatının Rusiya iqtisadiyyatı ilə həddindən artıq bağlıdır. Dramın rus rubluna bu bağlılğı işğalçı ölkənin mili valyutasının dəyərdən düşməsinə və ciddi inflayasiya prosesənə gətirib çıxarır.

Bunun üzərinə iqtisadiyyatı Azərbaycandan qat-qat aşağı olan Ermənistanın işğalçılıq siyasətini də gətirəndə ortaya acınacaqlı bir mənzərə çıxır. Müharibədə ağır məğlubiyyətə düçar olan işğalçıların milli valyutası olan dramın hər gün bir az daha dəyərdən düşməsinin şahidi oluruq”.

 

Manatın taleyi Mərkəzi Bankdan asılıdır

 

Azərbaycan manatına gəldikdə, iqtisadçı qeyd edib ki, milli valyuta hər zaman olduğu kimi Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənir:

“Manatın “üzən məzənnə” rejimindən ümumiyyətlə danışmağa dəyməz. Baxmayaraq ki, bu, rəsmi olaraq bəyan edilib. Ona görə də manatın taleyi hökumətin verəcəyi qərardan asılı olacaq. Neftin qiymətinin aşağı düşməsi, Azərbaycan iqtisadiyyatında pandemiyadan doğan çətinliklər, ümumdaxili məhsulun azalmasına səbəb olur. Məntiqlə bu ilin sonunda Mərkəzi Bank və hökumət milli valyutamızla bağlı qərar verməlidir. Çünki ətraf ölkələr - Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstanda belə milli valyutalar dəyərdən düşdükcə, həmin ölkələrdə idxal stimullaşır. Yəni ölkəyə oradan gətirilən məhsulların həcmi və çeşidi artır. Çeşid və tələbat artdıqca, Azərbaycanda valyutaya da  tələbat artır. Çünki xaricdən mal gətirmək daha asan və ucuz başa gəlir və getdikcə sərfəli olur.

 

Faktiki olaraq qonşu ölkələrin istehsalçılarının sponsoruna çevirilirik. Ona görə də hökumət və Mərkəzi Bank yerli istehsalı dəstəkləmək məqsədilə qərar verməlidir. Bu səbədən də milli valyutanın az da olsa dəyərdən düşməsilə bağlı qərar verilə bilər. Bu həm Azərbaycanın valyuta ehtiyatlarının qorunmasına, dollara müəyyən qədər qənaət edilməsinə imkan yaradar, həm də yerli istehsalın artırılması üçün müəyyən stimullaşdırıcı addımlara təkan verə bilər. Nə qədər ki, qonşu ölkələrdə milli valyuta dəyərdən düşüb, yerli istehsalın artırılması mümkün deyil. Çünki idxal daha sərfəlidir”.

 

Qələbədən sonra manatın taleyilə bağlı qərar gözlənilir

 

N.Cəfərlinin sözlərinə görə, hazırkı müharibə şəraitində hökumətin manatla bağlı hansısa qərar verməsi gözlənilmir:

“Çox güman ki, müharibə şanlı ordumuzun qalibiyyətilə yekunlaşdıqdan sonra hökumət manatın cüzi ucuzlaşdırılmasına gedə bilər. Bu ehtimal kifayət qədər yüksəkdir. Çünki ilin sonunda 2021-ci ilin büdcəsi müəyyənləşəcək. Büdcənin müəyyənləşməsində yeni  məzənnə siyasətilə büdcənin formalaşdırılması daha məntiqli olardı. Ona görə də ilin sonunda manatın məzənnəsilə bağlı inzibati qərar verilməsi gözlənilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən bu rayonlarımıza 100-dən çox top mərmisi atıb 26 Oktyabr 2020, 17:54 Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:48 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12