Modern.az

ABŞ prezidenti bölgəmizə niyə laqeyddir? - Politoloq: “Tramp Qarabağdan danışsa…”

ABŞ prezidenti bölgəmizə niyə laqeyddir? - Politoloq: “Tramp Qarabağdan danışsa…”

Dünya

14 Oktyabr 2020, 12:00

“Amerika  prezidenti Donald Trampın başı öz ölkəsindəki problemlərə qarışıb. Bir tərəfdən prezident seçkiləri, digər tərəfdən koronavirusla mübarizə aparır”.

 

Bu barədə Modern.az saytına politoloq Elxan Şahinoğlu xarici ölkələrin Qarabağ müharibəsinə münasibətindən danışarkən bildirib.

 

O qeyd edib ki, Tramp prezident seçkilərinə hazırlaşmalı, koronavirusa yoluxma artdığı üçün sağlamlığına ciddi nəzarət etməlidir:

 

“Tramp Qarabağ mövzusuna münasibət bildirməsə də, dövlət katibi Mayk Pompeo dünən reaksiya verib. Əgər bu barədə Donald Tramp danışsa,  Azərbaycanla əməkdaşlığa üstünlük verəcək”.

 

Politoloqun sözlərinə əsasən, Tramp Azərbaycanın bölgədə oynadığı rolu anlayır və Azərbaycana münasibəti müsbətdir. İl ərzində İlham Əliyevə məktublar yazıb, əməkdaşlığın inkişafından danışır.

 

“Amerikada erməni lobbisinin güclü olmasına baxmayaraq, Azərbaycanla əməkdaşlığı üstün tutur”.


Fidan İlqarqızı 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər