Modern.az

Cəbhə gündəliyi: 15 oktyabrda nələr oldu...

Cəbhə gündəliyi: 15 oktyabrda nələr oldu...

Qarabağ

15 Oktyabr 2020, 23:51

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 19-cu günü başa çatıb. Oktyabrın 15-də də cəbhədə sakit keçməyib.
Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib. Eyni zamanda Füzuli və Xocavənd rayonunun kəndlərini işğaldan azad edib.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 15-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.       
 Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

- Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.

- Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988), Əmirov İskəndər Yelmar oğlu (1967) həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968),  Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb.

- Rəşadətli Azərbaycan Ordusu bu gün də xalqımızı sevindirib. Ordumuz tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşlu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri işğaldan azad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı