Arxiv
16 Oktyabr 2020, 09:48 | DİASPOR
Həmvətənlərimiz İtaliya Deputatlar Palatasının qarşısında aksiya keçiriblər

İtaliyada yaşayan həmvətənlərimiz İtaliya parlamentinin Deputatlar Palatasının qarşısında “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə sanksiyalaşdırılmış aksiya keçiriblər. Aksiyada ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Azərbaycanın İtaliyadakı səfirliyindən Modern.az-a  verilən məlumata görə, aksiyada Roma Sapienza Universitetinin professoru, həmin Universitetdə Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri Daniel Pommier Vinçelli, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Neapol-Bakı Assosiasiyasının rəhbəri Cüzeppe Kanilia, İtaliyadakı Azərbaycan icmasının nümayəndələri Fərid Abbasov, Aynur Əliyeva, Turan Sadiqi, Məryəm Mehdiyeva, Lamiyə Arikova çıxış ediblər.

 

Natiqlər çıxışlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün 30 ilə yaxın davam etməsi, bu təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun Ermənistanın silhalı qüvvələri tərəfindən işğal edildiyi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü, Ermənistanın çoxsaylı müharibə cinayətləri, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığını bildiriblər.

 

Natiqlər 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzə başladığı, bunun nəticəsində istər təmas xəttinə yaxın, istərsə də ondan uzaqda olan şəhər və qəsəbələrimizi raket hücumlarına məruz qoyduğu, mülki obyektərlə və mülki şəxslərə ziyan vurduğu, çoxsaylı mülki şəxslərin qətlə yetirilməsi və yaralanması barədə məlumatlar veriblər. Natiqlər eləcə də, Azərbaycan ordusunun ərazi bütövlüyümüzün bərpası istiqamətində uğurlarından ciddi narahat olan erməni tərəfinin və onun təsiri altında olan çevrələrin Azərbaycana qarşı hibrid müharibəsi apardığı, ölkəmiz, münaqişənin mahiyyəti və hərbi əməliyyatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildiriblər. Natiqlər Azərbaycanın ədalət tələb etdiyini və bunun üçün beyəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə qeyd olunduğu kimi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı hərbi qüvvələrinin çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasının vacibliyini vurğulayıb və yalnız bununla bölgəyə sülh və sabitliyin gələcəyini deyiblər.

 

Aksiyada, habelə “Qarabağ Azərbaycandır!”,“Şuşa Azərbaycandır!”, “Xankəndi Azərbaycandır!”, “Xocalıya ədalət!”, “Erməni təcavüzünə son!”, “Erməni işğalına son!”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?”, “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”, “Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmalıdır”, “Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləməlidir”, “Gəncə, güclü ol!”, “Tərtər, güclü ol!”  və digər şüarlar səsləndirilib.

 

Aksiyanı izləyən və həmin ərazidən keçən şəxslərə xüsusi olaraq hazırlanmış məlumat vərəqələri, müvafiq xəritələr və təbliğat materialları paylanılıb

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14 Qırğızıstanda prezident seçkiləri bu tarixdə keçiriləcək 25 Oktyabr 2020, 08:05 Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53