Arxiv
17 Oktyabr 2020, 17:54 | ƏDƏBİYYAT
Elif Şəfəq kimi simasız “yazıçı”nın dəstəyinə ehtiyac yoxdur

Hazırda Dağlıq Qarabağ müharibəsinin şiddətli dövründə Elif Şəfəqin Ermənistan tərəfini və erməni yazıçı “dostlarını” dəstəkləməsi onun türk vətəndaş və yazıçı adı daşımasıyla bir araya sığmır. Çoxmilyonlu əhalisi olan Türkiyə xalqı Azərbaycanla “tək millət, iki dövlət” formasında sarsılmaz birlik nümayiş etdirdiyi indiki məsuliyyətli və şərəfli günlərdə Elif Şəfəqi nəinki Azərbaycan xalqı, hətta türk xalqı ilə də bir yerdə deyildir, Ermənistanın tərəfində olmasının göstəricisidir. Strazburqda doğulan, qanı qarışıq olan, madriddə orta təhsil alan, dünyanın müxtəlif universitetləri arasında sərgərdan həyatı keçirən Elif Şəfəqdən vətən və millət qardaş xalq və ölkə hissinin çox uzaq olması təəccüblü deyildir.

 

Elif Şəfəqin Dağlıq Qarabağ ərazisində dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının və donuz, inək saxlanan müsəlman məscidlərinin deyil, erməni kilsəsi təəsübkeşliyini çəkib, kilsəni müdafiə edən yazıçı kimi özünü göstərməsi ilə uydurma sülh çağırışları bir-birini tutmayan addımlardır. Artıq hər kəsə çoxdan bəllidir ki, erməni xalqını torpaq işğal etmək xülyasına və bəlasına salanların bir çoxu elə bədnam erməni kilsəsinin təmsil çiləridir.

Elif Şəfəqin bədii əsərləri çox ziddiyyətlidir. O, bəzi Qərb dairələrindəki cinsi ayrıseçiciliyin aradan qaldırılmasına dəstək verən Feminizmin müdafiəçisidir. Fərqli cinsiyyətlərin bərabərliyinin müdafiə edən Elif Şəfəqin türk və müsəlman adı daşımağa mənəvi haqqı yoxdur.

Hazırda müxtəlif üsullarla kilsə-keşiş təəsübkeşi kimi çıxış edib, cinsi azlıqları və fərqli cinslərin bərabərliyini müdafiə etməklə yüksək mükafatlara iddialı olmaq arzusunda olan cızmaqaraçıların sıralarında canfəşanlıq edən Elif Şəfəqin əsərləri Dardanel boğazından və Dəmir Qapı Dərbənddən bu tərəfə keçmək haqqını itirmişdir. Onun zahiri populizmlə oxucunu çaşdırmağa hesablanmış əsərlərinin Türkiyədə, Azərbaycanda, türk-müsəlman dünyasında heç bir dayağı yoxdur və ola bilməz. Özünü yazıçı hesab edən şəxsdən bundan böyük aşağılanmaq həddi təsəvvür etmək olmaz.

 

Təcavüzkar Ermənistanı müdafiə etmək son nəticədə qəsbkarlığı, cəlladlığı, vandalızmi, qaniçənliyi müdafiə etmək deməkdir. Heç şübhəsiz, bu məkrli və yaramaz mövqe isə Elif Şəfəqə “mükafat” yox, yalnız “nifrət” qazandıracaqdır.

Azərbaycan xalqı Elif Şəfəq kimi simasız “yazıçıların” dəstəyinə ehtiyacı yoxdur.

 

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti,

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı o topladı - FOTO 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə etdi 28 İyul 2021, 21:43 Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək   28 İyul 2021, 21:32 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı 28 İyul 2021, 21:32 Naxçıvanda ər işləmək istəyən arvadını boşadı 28 İyul 2021, 21:21 Bayden Belarusun müxalifət lideri ilə görüşdü 28 İyul 2021, 21:08 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar 28 İyul 2021, 20:59 Nazir Bakını tərk edən diplomatla görüşdü - FOTO 28 İyul 2021, 20:48 “Neftçi” və “Olimpiakos”un start heyətləri 28 İyul 2021, 20:33