Arxiv
17 Oktyabr 2020, 19:43 | AKTUAL
Ombudsman Tərtər qəbiristanlığının atəşə tutulması ilə bağlı müraciət yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığının Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması ilə bağlı müraciət yayıb. 

 

Modern.az müraciəti təqdim edir:

 

“Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələri 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri, tarixi, mədəni, dini abidələri, hətta insanların mənəvi dəyərlərinə toxunmaqla qəbiristanlıqları belə ağır artilleriya qurğularından və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir.

 

Ermənistan tərəfi 2020-ci il 10 oktyabr tarixindən etibarən elan olunmuş humanitar atəşkəsə əməl etməyərək Azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı yaşayış yerlərini məqsədyönlü şəkildə atəşə tutmaqdadır. Belə ki, Ermənistan silahlı qüvvələrinin 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla 15 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Tərtər rayonunda dəfn mərasimi zamanı şəhər qəbiristanlığını qəsdən atəşə tutması 4 mülki şəxsin həyatını itirməsi, 4 nəfərin isə ciddi xəsarət alması ilə nəticələnmişdir ki, bu da barbarlıq və insanlıq əleyhinə cinayətdir.

 

Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mənəvi və dini inanc baxımından müqəddəs hesab olunan yerləri mütəmadi olaraq atəşə tutması monoetnik dövlət olan Ermənistanın faşist ideologiyasına xidmət etdiyini, digər millətlərə və dinlərə mənsub insanlara qarşı dözümsüz münasibətini bir daha sübut edir.

 

Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası çoxmillətli, tolerant, multikultural bir dövlətdir və burada müxtəlif dinlərə mənsub olan insanlar da dostluq və qardaşlıq şəraitində birgə yaşayır. Azərbaycan müstəqil və demokratik prinsiplərə sadiq olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq bərabər imkanlar yaradır.

 

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Təkcə Bakı şəhərində rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, almanların iyirmidən çox cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ölkənin paytaxtında inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı katolik və pravoslav kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Bu gün dünyanın bir sıra ali məktəblərində “Azərbaycan multikulturalizmi modeli” tədris edilir.

 

Ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri də dünya ictimaiyyətinə və dini liderlərə ünvanladıqları müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mülki əhalinin sıx məskunlaşdığı yaşayış yerlərini davamlı olaraq atəşə tutmasını, o cümlədən Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi zamanı mülki şəxslərin qətlə yetirilməsindən hiddətlənərək bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirmişlər.

 

Xüsusilə vurğulamaq istərdik ki, Ermənistan dövləti və diaspora nümayəndələri qərəzli olaraq sistematik şəkildə Qarabağ münaqişəsini və Ermənistanın Azərbaycana hərbi təcavüzünü dini qarşıdurma kontekstində təqdim etməyə çalışaraq, bununla məqsədli şəkildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə təsdiq olunmuş işğal faktını pərdələməyə və məlumatsız şəxslərdə dini qarşıdurma təsəvvürü yaratmağa çalışır. Bütün müvafiq reytinqlərdə dünya ölkələri arasında dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı təsdiq edilən ölkəmiz barədə bu cür təbliğat təbii ki, ancaq təəssüf və təəccüb doğurmaqdadır. Bu baxımdan yalnız onu xatırlatmaq yerinə düşər ki, Roma Papası Fransisk ölkəmizdə multikulturalizm ili kimi elan edilən 2016-cı ildə paytaxtımızda olmuş, ölkədə dini azadlıqların təmin edildiyini rəsmi şəkildə ölkə prezidenti ilə görüşündə bildirmişdir. Azərbaycan, həmçinin Vatikanın Müqəddəs Marçelinio və Pietro katakombalarının bərpasını həyata keçirmişdir. Ümumi qəbul edilmiş fikrə görə, Azərbaycan tolerant və vicdan azadlığının təmin edildiyi, müsəlman şərqində ilk sekulyar demokratik respublikanın yarandığı nümunəvi, dünyəvi ölkədir. Bu baxımdan Ermənistan tərəfinin dini amili qabardaraq qurmağa çalışdığı təbliğat əsassızdır və birmənalı olaraq indidən məhvə məhkumdur.

 

Bir daha dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycan Respublikasının mülki əhalisi arasında tələfatlara, eyni zamanda maddi-mənəvi, dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla insan hüquq və azadlıqlarını kobud şəkildə pozan cinayətkar əməllərindən qeyd-şərtsiz çəkinməsini, Azərbaycanın tarixi və beynəlxalq hüquqla qəbul edilmiş əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsini işğalçı Ermənistan dövlətindən tələb etməyə və bu ölkəyə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili addımların atılmasına nail olmaq üçün səy göstərməyə çağırırıq”.

 

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27