Modern.az

Qazaxıstanda yaşayan gənclərimiz: “Biz hər zaman Vətənimizləyik”

Qazaxıstanda yaşayan gənclərimiz: “Biz hər zaman Vətənimizləyik”

Diaspor

18 Oktyabr 2020, 20:00

Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Qazaxıstan Respublikası Azərbaycanlılar Assosiasiyasının (QAA) dəstəyi ilə Almatı şəhərində yaşayan gənc üzvləri tədbir keçiriblər.

 

Modern.az-ın məlumatına görə, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xanmədov gəncləri Azərbaycanın Müstəqillik günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.

 

Daha sonra Almatıda yaşayan icma üzvləri və Gənclər Qarabağda gedən döyüşləri və prosesləri, dünyanın Azərbaycanın haqq savaşına yetirdiyi diqqətdən danışıblar. Müzakirələrdə ABŞ Konqresinin Ermənistanı təcavüzkar kimi xarakterizə etməsi və ATƏT PA-nın Minsk qrupunun 30 ilə yaxın münaqişə dövründə əməli tədbir görmədiyi də vurğulanıb.

 

QAA-nın gənclər təşkilatının katibi Nəzər Balginbayev, Əziz süleymanov, Əli Məmmədov bütün slühsevər ölkələr kimi, Azərbaycan da öz ərazi bütövlüyünü qorumaq, torpağını terrorçulardan təmizləmək istəyir. Buna görə də 27 sentyabrda ermənilərin sonuncu dəfə atəşkəsi pozaraq dinc əhaliyə bir daha atəş açmasına cavab olaraq, Azərbaycan Ordusu öz torpaqlarından təcavüzkarı birdəfəlik qovmaq əzmini ortaya qoydu. Bu gün Azərbaycan Ordusunun işğalçıdan azad etdiyi ərazilərdə gedən savaşlar da Ordumuzun gücündən və əzmindən xəbər verir. Tədbirdə çıxış edən gənclər həmçinin bizim əsgərlərin öz doğma torpaqlarında döyüşdüklərini, qarşı tərəfdən dinc əhaliyə zərər yetirmədiklərini , erməni təcqvüzkarlarının isə Gəncə və digər şəhərlərə ballistik raket atəşinə tutmalarını, onlarla insanın yatdığı yerdə öldürülməsini genosid adlandırıblar.

 

Tədbirin sonunda Assosiasiya üzvləri "Biz hər zaman Vətənimizləyik" adlı Bəyənat qəbul ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi