Modern.az

Torpaqlarımızın 7-8%-i tam azad olunub

Torpaqlarımızın 7-8%-i tam azad olunub

19 Oktyabr 2020, 12:32

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”.

 


Bu barədə Modern.az-a iqtisadçı Natiq Cəfərli bildirib:

 

“Bu mövzuda müxtəlif hesablamalar var. Amma nəzarət altına aldığımız əraziləri kənara qoysaq, düşmən tapdağında olan 20% torpaqlarımızdan 7-8%-i işğaldan azad edilib. Nəzarət altında olan Şuşa, Kəlbəcər, Laçını da əlavə etsək yarısına yaxınlaşırıq”.

 

N.Cəfərli deyib ki, işğaldan azad edilmiş torpaqların əksəriyyətini Füzuli və Cəbrayıl rayonları təşkil edir:

 

“Bu rayonların ərazisi kifayət qədər genişdir. Bunu da qeyd etmək lazımdır ki, ərazinin genişliyi yox, strateji mövqeyi də önəmlidir. Bu səbəbdən Hadrut və digər yüksəkliklər ərazi olaraq kiçik olsalar da, əhəmiyyətinə görə digər rayonlardan geri qalmırlar. Bu ərazilərin strateji əhəmiyyəti çox böyükdür”


Fidan İlqarqızı

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır