Modern.az

Bizim Qarabağ müharibəsinin yaratdığı birlik!

Bizim Qarabağ müharibəsinin yaratdığı birlik!

21 Oktyabr 2020, 13:30

Müharibənin insan ruhuna vurduğu zərbə fiziki zərbə ilə müqaisə olunmayacaq dərəcədə ağırdır. Ömür boyu qəlpə yarası  ilə yaşayanlar, ruh yarası ilə yaşa bilmir.  Müharibə insan şüuruna, davranışına  böyük təsir göstərir.

 

Müharibənin müsbət cəhətləti nədir?  Müharibənin psixoloji təsirini   ilk dəfə 1910-cu ildə araşdıran psixoloq  Viliyam  Ceyms (William James)  maraqlı bir məqama toxunub.  O, müharibənin müsbət tərəfini araşdırraraq   insanlarda  birlik hissi oyatdığını qeyd edib.  Psixoloqun fikrincə,  yalnız döyüşdə iştirak edən ordu deyil, bütün cəmiyyət birgə olur, şərəfli və fədakar davranır, ruhlanır.  Müharibə insani keyfiyyətlərin üzə çıxmasında da mühüm rol oynayır. Amma  bu mövzuda cəmiyyətlər, icmalar da eyni deyil. Azərbaycan cəmiyyəti isə tamam fərqlidir. Sentyabrın 27-dən Azərbaycanda davamlı döyüşlər  gedir, insanlar səliqəli, ardıcıl şəkildə cəbhəyə dəstək göstərirlər. Hər bir kəs cəbhəyə , Azərbaycan ordusuna dəstək olmağa çalışır.

 

İnsanların yığışdığı, döyüşlərlə bağlı müzakirələr apardıqları sosial şəbəkələrə baxaq.  Hamı eyni, oxşar  həştəqlər  paylaşır,  döyüş əhval-ruhiyyəsi yaşayır və yaşadır , kimsə bir balaca mənfi , pessimist fikir deyən kimi  əksəiyyət onun üzərinə düşür, yazdıqlarını dəyişməyi tələb edir.  Balası şəhid olan ata "oğul, şəhidliyin mübarək", ana  isə "düşmənə qalib gəldinmi?  Südüm sənə halal olsun!"-deyir.  Bu düşüncələr içdən, ruhdan gəlir . İnsanların müharibə psixologiyası möhkəmlənir və kənar fikirlər onların daha nikbin olmalarına şərait yaradır. Çox az bir hissə özünə qapana bilər.

 

Tez-tez sual edilirdi ki, müharibə başlasa Azərbaycan xalqının psixologiyası necə olacaq. Bu da fakt! İnsanlar nikbin əhval-ruhiyyədədirlər, onlar müharibənin sona kimi davam etməsini və işğal olunan torpaqların hamısının azad olunmasını istəyirlər.   Psixoloji travmaya gəlincə, əslində  30 ildir ki, psixoloji travmalar davam edir, atəşkəs olsa da ara-sıra silah səsləri gəlirdi, əgərlərimiz şəhid olurdu.  Aprel döyüşləri, Tovuz hadisələri tezliklə bu döyüşlərin daha geniş vüsət alacağından xəbər verirdi və belə oldu da.

Torpaqlarımız azad olunduqca,  birliyimiz möhkəmlənir!

 

Xanım Niftəliyeva,

Psixoloq-psixoterapevt

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü