Arxiv
23 Oktyabr 2020, 00:25 | QARABAĞ
Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu...

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 26-cı günü başa çatıb. Oktyabrın 22-də də cəbhədə sakit keçməyib.

Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib. Bir sıra yaşayış məntəqələri düşməndən azad olunub.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 22-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

- Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

- Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.

- Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

- Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

- 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.

- Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

- Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutub.

- Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

- Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

- Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

- Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə təbliğat və təşviqat tədbirləri davam etdirilib.
Yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilib.

- Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsü yayılıb.


- Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

- Artilleriyaçılarımızın düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməsinin videosu yayılıb.


- Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini işğaldan azad edib.

- Azərbaycan Ordusu Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad edib.

- Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

- Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.

- Oktyabrın 22-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilib.
Brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan  rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalının öz hesabına Şuşada məktəb tikiləcək - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29