Modern.az

İsrail raket atəşinə tutuldu

İsrail raket atəşinə tutuldu

Aktual

23 Oktyabr 2020, 02:28

Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

 

Bildirilir ki, raketlərdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub:

 

"Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Onlardan biri "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Raket hücumu nəticəsində İsrailin cənubunda həyəcan siqnalları işə düşüb".

 

İsrailin "KAN" dövlət radiostansiyasının məlumatına əsasən, ikinci raket yaşayış olmayan əraziyə düşüb, ölən və yaralanan yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır