Modern.az

Ermənistanın daha bir eks-deputatı Qarabağda MƏHV EDİLDİ

Ermənistanın daha bir eks-deputatı Qarabağda MƏHV EDİLDİ

23 Oktyabr 2020, 11:17

Qarabağda gedən döyüşlərdə daha bir eks-deputat məhv edilib. Bu, David Matevosyandır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, David Matevosyan eks-prezident Levon Ter-Petrosyanın əsas tərəfdarlarından biri olub.

O, 1995-1999-cu illərdə deputat səlahiyyətlərini icra edib. 2008-ci il prezident seçkilərinin nəticələrinə etiraz etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum olunsa da, 1 il sonra amnistiyaya düşüb.

 

Onun ölümü barədə qızı Ermine məlumat verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır