Modern.az

Qarabağdakı döyüşlər Ermənistanda ərzaq bahalaşmasına səbəb olub

Qarabağdakı döyüşlər Ermənistanda ərzaq bahalaşmasına səbəb olub

23 Oktyabr 2020, 15:40

Ermənistanda ərzağın bahalaşması müşahidə olunur.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu 8-22 oktyabr tarixlərində aparılan monitorinqin nəticələrinə görə müəyyən olunub.

 

Yerevanda şəkər tozu 20 dram (6%-7%) bahalaşıb.

Kərə yağı da 20 dram (1%) dəyər qazanıb.

Günəbaxan yağının 1 litri 15-80 dram (1%) bahalaşıb.

Un isə 10-15 dram dəyər qazanıb (4,5%).

 

Bahalaşma ilə bağlı, Ermənistanın Dövlət Komitəsi araşdırmalara başlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?