Modern.az

Türkiyədə COVID-19-a yoluxanların sayı artır

Türkiyədə COVID-19-a yoluxanların sayı artır

Aktual

24 Oktyabr 2020, 00:32

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 74 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 979 şübhəli koronavirus testindən keçib, onlardan 2165-nin cavabı pozitiv çıxıb, 1493 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1648 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə ümumilikdə 357 693 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9658 nəfər ölüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?