Modern.az

Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun

Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun

24 Oktyabr 2020, 19:38

“Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir: “Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.

Sizə yeni x var
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?