Modern.az

Pakistan Fransaya etiraz notası verib

Pakistan Fransaya etiraz notası verib

Aktual

26 Oktyabr 2020, 14:08

Pakistan Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar etiraz notası verib.

 

Modern.az-ın məlumatına görə, nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib.

 

Pakistanın Xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Parisin əməllərinə diqqət ayırmağa çağırıb.

 

Nazir bildirib ki, E.Makron məsuliyyətsiz açıqlamaları ilə radikalizm və dinlərarası ədavəti körükləyir:

 

“Heç kimin milyonlarla müsəlmanın hissləri ilə oynamaq hüququ yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı