Arxiv
26 Oktyabr 2020, 15:12 | PARLAMENT
Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA

Yunanıstan dövlətinin Azərbaycandakı səfirini geri çağırmasının ardından,  Azərbaycan da Yunanıstandakı səfirini geri çağırıb. Buna əsas səbəb Yunanıstanın işğalçı Ermənistana silah yardımı etməsi, siyasi dəstək nümayiş etdirməsidir.

Hazırda iki ölkə arasında diplomatik münasibətlər aktiv deyil.

Bəs Azərbaycanla Yunanıstan arasında mövcud olan parlament əlaqələri öz işini davam etdirirmi?

Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəhruz Məhərrəmov Modern.az-a bildirib ki,  diplomatik münasibətləri gərgin olan iki ölkənin parlamenti arasında da münasibətlər eyni cürdür:


“Digər istiqamətlərdə münasibətlərimizin səviyyəsi necədirsə, parlamentlərarası münasibətlər də o səviyyəsindədir. Azərbaycan və Yunanıstan parlamentlərarası işçi qrupları arasında təmas bu günə kimi alınmayıb. Yalnız orada 2 türk həmkarımz var ki, onlarla fərdi qaydada ilkin danışıqlarımız olub. Bu da tanışlıq xarakteri daşıyıb. Ümumilikdə isə Yunanıstan tərəfi bu məsələdə xüsusi maraq, həvəs və diqqət göstərmir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, parlament qanunlara əməl edir:

“Parlament və icra hakimiyyəti hakimiyyətin qollarıdır. Bizim kimi ölkələrdə normalda hər ikisi vahid fraksiyada dövlətçiliyin möhkəmləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinə və daxili qanunvericiliyimzə uyğun dövlətin ali məqsədlərinə xidmət etməyə yönəlib. Bu baxımdan parlament başqa mövqe,  icra hakimiyyəti isə başqa mövqe göstərə bilməz. Mövqelərimiz eynidir”.


Qrup rəhbəri gələcəkdə iki ölkənin parlament əlaqələrinin bitəcəyi barədə ehtimala da münasibət bildirib:

“Əgər qarşılıqlı həvəs və maraq olacaqsa, Yunanıstan tərəfi konstruktiv mövqe tutaraq BMT qətnamələrinə hörmətlə yanaşacaqsa,  biz də parlamentlərarası əlaqələri davam etdirəcəyik. Əksi olaraq, ərazi bütövlüyümüzə hörmətsizlik görəriksə, münasibətlərin davam etdirilməsindən söhbət gedə bilməz. Azərbaycanın xarici siyasətini prezident müəyyənləşdirir. Bu baxımdan cənab prezidentin və dövlətimizin sonrakı addımları parlament səviyyəsində də bizim üçün yol xəritəsi olacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə 15 gündə bir ailədən 4 nəfər koronavirusdan öldü 29 Noyabr 2020, 15:41 Ankarada Azərbaycanın zəfəri münasibətilə sərgi 29 Noyabr 2020, 15:33 "Paşinyan istefa verməsə, böhran aradan qalxmayacaq" - Vanesyan   29 Noyabr 2020, 15:21 Xırdalandakı uçqunun təfərrüatı ilə bağlı RƏSMİ MƏLUMAT 29 Noyabr 2020, 15:09 Fransa radiosu Füzuli haqqında reportaj yayımladı 29 Noyabr 2020, 15:02 Zərdabda koronavirus xəstəsi saxlanıldı 29 Noyabr 2020, 14:51 Ermənistanda ziyalılar xalqı yürüşə çağırdılar 29 Noyabr 2020, 14:45 Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?