Modern.az

Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb

Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb

27 Oktyabr 2020, 22:42

Milli Məclisin deputatı Ceyhun Məmmədov mərkəzi ofisi Londonda yerləşən, ərəb dünyasında geniş oxucu kütləsinə malik “Arabi21” saytının suallarını cavablandırıb.

Deputat qeyd edib ki, son günlər cəbhədə baş verən hadisələrə görə birbaşa məsuliyyəti Ermənistanın siyasi hakimiyyəti daşıyır. O bildirib ki, 30 ilə yaxındır Azərbaycan danışıqlar prosesində iştirak edir, ancaq konkret nəticə yoxdur.  Son vaxtlar isə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları və təxribatlarla çıxış etməyə başlamışdı.

Humanitar atəşəkəs rejimi ilə bağlı suala cavab verən Ceyhun Məmmədov bir neçə dəfə atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə atəşkəsin Ermənistan tərəfindən pozulduğunu, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin bir neçə dəfə raket atəşinə məruz qaldığını, Azərbaycanın cəbhə bölgəsindəki şəhərlərinin davamlı atəşə tutulduğunu bildirib.

Slüh danışıqları ilə bağlı sualla bağlı deputat qeyd edib ki, Azərbaycan sülh danışıqlarına hazırdır, bu şərtlə ki, Ermənistan işğal etdiyi bütün torpaqlardan geri çəkilsin. Ermənistan isə bunu istəmir və cəbhə bölgəsində davamlı təxribatlar törədir.

Jurnalistin müharibədə Türkiyənin birbaşa iştirakı barədə sualına cavab verən Ceyhun Məmmədov bu dəstəyin ancaq siyasi və mənəvi olduğunu, Şərq ölkələrindən muzduların Azərbaycan tərəfindən iştırakı barədə ermənilərin yaydıqları məlumatların əsassız olduğnu bildirib. 

Beynəlxalq ictimaiyyətin məsələyə münasibəti illə bağlı sualla bağlı millət vəkili bildirib ki, bir sıra hallarda məsələyə yanşamada ikili sdantartlar müşahidə olunur.

“Ermənistanın bu gün beynəlxalq hüququn heç bir normasına əməl etməməsinin səbəbi uzun illər törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanı cinayət əməlləri törətməkdən çəkindirməli və cəza tətbiq etməlidirlər”.

İslam Əməkdaşlıq Təşkilatının münaqişənin tənzimlənməsindəki rolundan bəhs edən deputat bu qurumun hər zaman Azərbaycanın haqq mövqeyini dəstəklədiyini, Azərbaycanın yanında olduğunu bildirib. Cəbhədə son baş verən hadisələrlə bağlı bu qurumun bəyanat verərək Azərbaycanı dəstəklədiyini qeyd edib.

Münaqişənin necə bitəcəyi ilə bağlı suala cavab verən Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın tələbi işğal altında olan torpaqların tezliklə azad olunmasıdır və Azərbaycan tezliklə bu məqsədə nail olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI