Modern.az

Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi

Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi

27 Oktyabr 2020, 23:01

Astara rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, hadisə zamanı binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kv/m olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?