Modern.az

Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO

Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO

28 Oktyabr 2020, 00:30

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. Mehriban, sülh şəraitində onlarla xəstəxanada birgə işləmişəm. Məni çox yaxşı qəbul edirdilər”.

 

Modern.az xəbər verir ki, bu sözləri Hadrutun erməni işğalından azad olunması zamanı ermənilərin qoyub qaçdıqları iki nəfər yaşlı şəxsdən biri olan Yevgeniya Babayan deyib.

 

O qeyd edib ki, birlikdə yaşayış zamanı azərbaycanlılarla bir-birilərini qarşılıqlı olaraq evə dəvət ediblər və yaxşı yaşayıblar:

 

“Gəldim Hadruta, bir xeyli vaxt keçdi. Bu müharibə başladı. Ermənilər məni evin zirzəmisində qoyub qaçdılar. Dedilər ki, səni aparacağıq, aparmadılar. Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular.

Azərbaycanlı gəldi, mənə kömək etdi, dedi ki qorxma-qorxma bacı, avtomobillə Bakıya gətirdi. İndi Bakıda xəstəxanadayam. Məni yaxşı yedizdirirlər, yaxşı baxırlar. Çox minnətdaram. Ona görə ki, bizim ermənilər məni qoruya bilmədilər. Bizim ermənilər məni qoyub qaçdılar.

Atalar, analar, çətin şey deyil sülh yaratmaq, kömək edin ki, azərbaycanlılarla birgə yaşayaq. Bu həyat deyil, bu yaşayış deyil” (baku.tv).

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə keçirilən görüşdə birtərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistan hərbçilərinə aid 30 nəfərin meyitinin və eyni zamanda Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı bir tərəfli qaydada təklif verib. Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi