Arxiv
28 Oktyabr 2020, 10:52 | AKTUAL
Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO

1995-ci ilin 28 oktyabrı Bakı metrosunun tarixinə, xalqımızın yaddaşına qara hərflərlə yazılmış şənbə günü kimi düşüb. 25 il öncə axşam saat 18:00 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb olub.

 

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi.

 

Lakin bu tarix həm də bir qəhrəmanlıq, şücaət tarixçəsidir. 1995-ci ildə baş vermiş, böyüklüyünə görə metropolitenləri arasında "Ginnesin rekordlar kitabı"na düşmüş hadisənin daha da böyüməsinin qarşısının alınmasında, sərnişinlərin xilasında və təxliyəsində “Ulduz” stansiyasının, həmçinin digər metropoliten işçilərinin, polis işçilərinin cəsarətli hərəkətlərinin, təşəbbüskarlığının və çevikliyinin böyük rolu olub.

 

28 oktyabr faciəsindən danışarkən, hadisənin geniş miqyas almamasında canı bahasına şücaət göstərmiş C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev və məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədovun adları xüsusi qeyd olunmalıdırlar.

 

Hadisə baş verəndən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət edərək dərin hüznlə başsağlığı verib, günahsız insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunub. Dövlət başçısının fərmanı ilə komissiya təşkil edilib, ekspertizaya Milli Elmlər Akademiyasının əməkdaşları, eləcə də dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olunub. Nəticə olaraq, hadisə texniki qəza kimi qiymətləndirilib.

 

Ümummilli lider Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Babayevə Milli Qəhrəman adı verilib, kursantlar - 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov “İgidliyə görə’’ medalı ilə təltif olunublar.

 

Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun “Ulduz” stansiyasında və C. Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə və yaşadığı binaya xatirə lövhəsi vurulub.


O faciədən 25 il keçməsinə baxmayaraq, Bakı metropolitenində bu tarix unudulmur. Hələ 25 il öncə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, göstərdikləri şücaət onların böyük vətənpərvər olduğunu nümayiş etdirdi.

 

Bakı metropoliteni igid Vətən oğulları ilə fəxr edir. Ömrünü Vətənə həsr edən övladlarımız, qəhrəmanlarımızın igidlik və şücaət dolu həyat yolu unudulmur, daim ehtiramla yad edilir və yad ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45 Xırdalanda avtomobil külə döndü 29 Noyabr 2020, 10:35 Tramp Ağ Evdən kitab yazmağı düşünür 29 Noyabr 2020, 10:29 Kəlbəcərin kəndlərindən yeni VİDEO 29 Noyabr 2020, 10:19 Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma yoxsa...? 29 Noyabr 2020, 10:16 Polşada azərbaycanlının ölümü araşdırılır 29 Noyabr 2020, 10:12
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?