Arxiv
29 Oktyabr 2020, 16:38 | AKTUAL
Prezidentin köməkçisi: “Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır”

“Bu eskalasiyanın səbəblərindən biri də qeyri-effektiv danışıqlar prosesidir. Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, burada birinci olaraq məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür:

 

“Ermənistan həmişə danışıqlarda geri çəkilməyə və danışıqların əsasını və formatını dəyişdirməyə cəhd edib. Hər kəs yaxşı bilir ki, danışıqlarda əsas diqqətdə olan məqam Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi idi. Lakin Ermənistan tərəfi həmişə bundan yayınıb. Onlar hər zaman danışıqları zəiflətməyə cəhd ediblər. Danışıqlar bir şərtlə uğurlu ola bilər ki, tərəfdaş ciddidir, konstruktiv davranır və danışıqları yaxşı niyyətlə aparmağa sadiq qalır. Lakin çox təəssüf ki, biz Ermənistan tərəfindən bunu görməmişik və hələ də görmürük. Bir neçə gün öncə Ermənistan Baş naziri dedi ki, bu münaqişənin diplomatik həlli yoxdur. Onlar hələ də bir-birinə əks açıqlamalar verməyə davam edir. Bir tərəfdən biz sülhdən danışan və hətta bəzi ölkələrin liderlərinə humanitar atəşkəs üçün yalvaran rəhbərlik görürük, növbəti gün biz onun Azərbaycana qarşı hücumu davam etdirdiyini, “SCUD” ballistik raketlərindən istifadə edilməsinə göstəriş verdiyini görürük. Eşidirik ki, o, biz sona qədər döyüşəcəyik deyir”.

 

  • Hacıyev qeyd edib ki, Azərbaycan üçün əks-həmlə əməliyyatı sülhə məcburetmə əməliyyatıdır: “Sülhə məcburetmənin əsasında işğal olunmuş torpaqların azad edilməsi və həmçinin azərbaycanlı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi dayanır. Bu gün siz Bərdəni gördünüz, digər şəhərlər də məsuliyyətsiz hücumların hədəfi olub. Bu şizofren zehniyyətdən qaynaqlanır. “Smerç”, “SCUD” və digər təhlükəli silahlar məsuliyyətsiz şəkildə azərbaycanlı mülki əhaliyə qarşı istifadə olunur. Belə olan hallarda BMT Nizamnaməsi çərçivəsində Azərbaycanın özünü müdafiə hüququ var.Həmçinin fundamental məsələ hərbi işğalın sonlandırılmasıdır. Son eskalasiya göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükə mənbəyidir. İşğalın sonlandırılması bütün regionun və hətta Ermənistanın xeyrinədir. Ermənistan əhalisi sülhün perspektivlərindən faydalana bilər. Azərbaycanla əməkdaşlıq Ermənistan əhalisinə rifah gətirə bilər. Çox təəssüf ki, onlar hazırda belə bir hərbi-siyasi rəhbərlikdən əziyyət çəkirlər”.
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Darxan Kıdırəli Qırğızıstanın yeni prezidentinin andiçməsində... 28 Yanvar 2021, 17:02 Yoluxma azaldı - 8 nəfər öldü 28 Yanvar 2021, 16:56 Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi 28 Yanvar 2021, 16:50 Tərtərdə traktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir 28 Yanvar 2021, 16:40 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52