Arxiv
29 Oktyabr 2020, 19:50 | AKTUAL
Sülhsevər Azərbaycan...

Dünyada ən qədim insan məskənlərindən biri olan Azərbaycan tarixən zəngin mədəniyyətə malik olmuşdur. Yaşı minilliklərə dayanan mədəniyyət nümunələri, arxeoloji qazıntılardan əldə olunmuş tapıntılarla yanaşı, dünya elmi, mədəniyyət və incəsənətində dərin izlər buraxmış böyük şəxsiyyətlərin yaradıcılıqları bu zəngin mədəniyyətin parlaq örnəkləridir.

 

Bəşər tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsirəddin Tusi və bir çox digərləri kimi adları sadalamaqla bitməyən şair, mütəfəkkir və elm xadimlərini bəxş etmiş Azərbaycan xalqı bununla dünya mədəniyyətinin inkişafına böyük töhfəsini vermiş və onu özünəməxsus çalarlarla zənginləşdirmişdir. Qeyd etmək yerinə düşərdi ki, bu böyük şəxsiyyətlər yalnız Azərbaycan xalqının deyil, eləcə də bütün Türk dünyasının qürur mənbəyi, ortaq dəyəri olaraq xalqlarımızın özünəməxsus mədəni irsinin bəşəriyyətə tanıdılmasında və təşviq olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu dahi şəxsiyyətlərin yaradıcılıqları Azərbaycan xalqının həyat tərzi və düşüncələrinin təcəssümü kimi onun zəngin mənəvi irsi haqqında fikir yürütməyə imkan verir.

 

Tarixin müxtəlif inkişaf dövrlərinə öz töhfəsini vermiş Azərbaycan xalqı müstəqilliyin bərpasından sonra da bu ənənənin davamçısı olmuşdur. Müdrik lider, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan və davamçısı Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan Respublikası sabit və davamlı inkişaf yoluna qədəm qoyaraq irimiqyaslı layihələrin və beynəlxalq tədbirlərin təşkilatçısına çevrilmişdir. Bu siyasətin həyata keçirilməsi xalqın öz potensialını reallaşdırmasını təmin edərək dünya elmi, idmanı, mədəniyyəti və incəsənətinə böyük töhfələrinin davam etməsini şərtləndirmişdir. 

 

Təsadüfi deyil ki, bir sıra böyük tədbirlərə ev sahibliyi məhz Azərbaycana etibar edilmişdir. Uğurlu təşkilatçılıq qabiliyyəti ilə yanaşı, eyni zamanda, Azərbaycan xalqının humanist və sülhsevər ruhu, ölkədə mövcud olan torelantlıq mühiti bu etimadı səciyyələndirmişdir. Ölkədə 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci ildə İlk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, dünyanın müxtəlif regionlarından iştirakçıların qatıldığı mədəniyyətlərarası dialoq və humanitar forumlar, davamlı olaraq müxtəlifsəviyyəli idman yarışlarının keçirilməsi Azərbaycanın dünya mədəniyyəti, multikulturalizmi və idmanına verdiyi önəmli töhfələrdir. Bu beynəlxalq tədbirlərin iştirakçıları və qonaqlar, o cümlədən yarışları izləmək üçün ölkəyə gəlmiş əcnəbi tamaşaçılar Azərbaycan xalqının yüksək mədəniyyəti və multikultural dəyərlərə göstərilən hörmətin bir daha şahidi olmuş və bu barədə xoş fikirlər səsləndirmişdir. 

 

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dünyada humanistliyi və sülhsevərliyi ilə ad qazanmış Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. 30 ilə yaxın müddətdə həllini tapmamış bu problem nəticəsində Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisi öz torpaqlarında yaşamaq imkanından məhrumdur. Məsələ ilə bağlı BMT qətnamələri mövcud olsa da, müxtəlif platformalarda və müstəvilərdə aparılan müzakirələrdə və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, münaqişənin həllində müsbət irəliləyiş olmamışdır. 

 

Təbii ki, qətnamələrin yerinə yetirilməməsi və münaqişənin həllinin uzanması Azərbaycan tərəfini qane etmir. Belə vəziyyət Azərbaycanı münaqişənin həllində öz gücünə arxalanmağa vadar edir. Beləliklə, 27 sentyabr tarixində başlamış və ərazi bütövlüyünün təmin olunmasına istiqamətlənmiş Azərbaycanın əks-hücum əməliyyatları heç bir halda erməni xalqına və Dağlıq Qarabağın dinc sakinlərinə qarşı yönəlməmişdir. Hərbi əməliyyatlar, təəssüf ki, dinc əhali arasında da itkilərə səbəb olmuş, xüsusən Gəncə şəhərinin ballistik raketlərdən atəşə tutulması beynəlxalq və humanitar normaların kobud şəkildə pozulmasıdır. 

 

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciətlərində, çıxışlarında və beynəlxalq mətbuata müsahibələrində xüsusi vurğuladığı məqamlardan biri məhz müharibənin erməni xalqına və mülki əhaliyə qarşı deyil, yalnız öz torpaqlarında ərazi bütövlüyünün bərpası ilə bağlı aparılmasıdır. 

 

Çıxışlarında Prezident İlham Əliyev tərəfindən gələcəkdə xalqların sülh şəraitində yanaşı yaşamasının mümkünlüyü, əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən, yalnız hərbi infrastrukturun hədəf alınmasının qeyd edilməsi, eyni zamanda, Dağlıq Qarabağın dinc əhalisinə hərbi obyektlər və hərbi əməliyyatlar aparıldığı ərazilərdən uzaq durmaları ilə bağlı müraciət Azərbaycan xalqının humanist və tolerant təbiətinin daha bir parlaq nümunəsidir. 

 

Ölkə ərazisində tarixən bir çox xalqlar və etnik qruplar dinc şəkildə birgə yaşamışdır. Azərbaycanda mövcud olmuş çoxəsrlik tolerantlıq dostluq və qardaşlığın özünəməxsus mühitini formalaşdırmışdır. Ölkəyə səfəri zamanı Roma Papası Fransisk qeyd etmişdir: "Azərbaycan bundan sonra da müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolu ilə irəliləməyə davam edəcəkdir".

 

Bu gün multikulturalizmin Azərbaycan modeli bir çox dünya dövlətlərinə örnəkdir. Azərbaycan Prezidentinin gələcəkdə Dağlıq Qarabağda hər iki xalqın nümayəndələrinin yanaşı dinc yaşaya biləcəyi haqqında söylədiyi fikirlər də məhz Azərbaycanın bu çoxəsrlik multikulturalizm təcrübəsinə əsaslanır.

 

Azərbaycan ordusu döyüş meydanında üstünlük qazandığı zamanda Azərbaycan tərəfi humanitar atəşkəsə razılıq vermişdir. Hətta qoşunların daha çox ərazi azad etdiyi və hərbi üstünlüyə malik olduğu, indiki zamanda belə Ali Baş Komandan İlham Əliyevin güzəştə gedərək münaqişənin sülh yolu ilə həllini daim dəstəklədiyini bəyan etməsi Azərbaycan xalqının sülhsevərliyini və bəşəri dəyərlərə hörmətini bir daha nümayiş etdirməkdədir. 

 

Azərbaycan sülhsevərdir!

 

Altınbek Mamayusupov

 Türkdilli Ölkәlәrin Parlament Assambleyasının Baş Katibi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə 15 gündə bir ailədən 4 nəfər koronavirusdan öldü 29 Noyabr 2020, 15:41 Ankarada Azərbaycanın zəfəri münasibətilə sərgi 29 Noyabr 2020, 15:33 "Paşinyan istefa verməsə, böhran aradan qalxmayacaq" - Vanesyan   29 Noyabr 2020, 15:21 Xırdalandakı uçqunun təfərrüatı ilə bağlı RƏSMİ MƏLUMAT 29 Noyabr 2020, 15:09 Fransa radiosu Füzuli haqqında reportaj yayımladı 29 Noyabr 2020, 15:02 Zərdabda koronavirus xəstəsi saxlanıldı 29 Noyabr 2020, 14:51 Ermənistanda ziyalılar xalqı yürüşə çağırdılar 29 Noyabr 2020, 14:45 Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?