Modern.az

“Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO

“Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO

Aktual

29 Oktyabr 2020, 23:28

“Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

 

Modern.az "oxu.az"a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib. 

Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir. 

 

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlayıb.

Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı