Modern.az

İzmir yenə silkələndi

İzmir yenə silkələndi

Aktual

31 Oktyabr 2020, 00:12

İzmirin Urla rayonunda 4.1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Şəhərdə baş vermis 6.6 bal gücündə zəlzələdən sonra ümumilikdə 170-ə yaxın afterşok qeydə alınıb.

 

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

 

Son məlumata əsasən İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır