Modern.az

Türkdilli dövlətlər Qarabağ məsələsində Azərbaycanın yanındadır? – Politoloq ŞƏRHİ

Türkdilli dövlətlər Qarabağ məsələsində Azərbaycanın yanındadır? – Politoloq ŞƏRHİ

31 Oktyabr 2020, 14:04

"Türk dövlətləri daha əvvəl Rusiyanın mövqeyindən ehtiyatlanırdı. Müharibənin ilk günləri səssiz qalmışdılar amma getdikcə vəziyyət bizim xeyrimizə dəyişdi".

 

Bu sözləri Modern.az-a türk dövlətlərinin Azərbaycan ordusunun əks-hücum əməliyyatına münasibəti haqqında danışarkən politoloq Elxan Şahinoğlu deyib. O xatırladıb ki, Türkdilli Dövlətlərlə Əməkdaşlıq Şurasının baş katibi, qazaxıstanlı diplomat Bakıya gəldi və Azərbaycana tam dəstək ifadə etdi:

“O həm də mülki əhalinin hədəf götürülməsini pisləyib bu açıqlamanı bir neçə dəfə təkrarladı. Qazaxıstandan biz oxşar açıqlamalar eşidirik. Düzdü digər ölkələrdən hələ belə səslər gəlmir".

 

E.Şahinoğlu bildirib ki, artıq beynəlxalq aləm, türk dilli dövlətlər də görür ki, Azərbaycan qələbə qazanmağa yaxındır:

"Qalib ölkə ilə heç kim münasibətləri korlamaq istəməz. Rusiya prezidenti “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır”, deyib mövqeyimizi faktiki dəstəklədi. Əgər Rusiya prezidenti Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır deyirsə, Türkdilli dövlətlərin başçıları nəyə görə deməsin? Düşünürəm ki, türkdilli dövlətlərdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamaların da sayı artacaq. Bu dövlətlərin cəmiyyətləri isə bizə birmənalı dəstəkdir. Qazaxıstanda, Qırğızıstanda mənim yaxınlarım var, onların sosial şəbəkələrdə yazdıqlarını izləyirəm. Qardaş dövlətləri olan Azərbaycana dəstək ifadə edirlər".

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir