Arxiv
6 Noyabr 2020, 15:23 | ƏDƏBİYYAT
Afaq Məsudun “Əsgərə məktub”u

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.


Azərbaycan Dövlət Tərcümə Mərkəzinin direktoru Afaq Məsud:

“Salam Əsgər...

Bu məktubu sənə dərin, sanki sualtı səssizliyə dalmış sübhün qaranlığından yazıram. Bil ki, doğma torpaqlarımız uğrunda savaşa yollandığın gündən burada hər sübhümüz belə açılır…  – mərmi səsləri, raket zərbələri, partlayışlar dolu qanlı-qadalı, lal sükutla...

         
Sən savaşa qalxan gündən buralarda hər şey dəyişib – gecələr, gündüzlər, düşüncələr, duyğular, bir-birimizə münasibətlər... Gecələr ətraf sanki dinc yuxu sükutuna qərq olsa da, əslində heç bir dinclik, yuxu yoxdur. Hər ev, hər kəs sənin ardınca irəlilədiyin sürüşkən cığırlarla, addım-addım qalxdığın sıldırımlı qayalıqlarla yeriməkdə, sənə tuşlanan güllələri, mərmi qəlpələrini havadaca sinələri və ovuclarıyla tutmaqdadır…

         
İndi haradasan, əsgər?.. Ardınca addım-addım kölgə tək sürünən bizləri eşidirsənmi?.. Qarlı-şaxtalı fevral gecəsi isti yatağından qaldırılıb amansız işgəncələrlə qətlə yetirilən soydaşlarının, erməni divanından canını qurtarmaq üçün yalın ayaqlarla qarlı meşələrə qaçan alagözlü, gözəlüzlü xocalılıların qalib bayraqlartək bizimlə çiyin-çiyinə sənin ardınca addımladığını duyursanmı?.. Bilirəm, şəhidlərimizin, günahsız, məsum qurbanlarımızın ağrısından bərkiyib polada dönmüş vücudun bədənində açılan güllə yaralarını hiss etmir… Yaralı, yorğun bədənin torpağa düşsə də, qəlbində məşəltək daşıdığın müqəddəs üçrəngli bayraq enmir! O bayrağı son nəfəsinəcən,  aldığın torpaqlarımızın son qarışınacan dik tutacağını bilirəm, ey mənim igid əsgərim!

         
“Torpaq, uğrunda ölən varsa, vətəndir” – deyirlər. Amma axı Vətən tək bir torpaq, təbiət, meşələr, dağlar deyil?! Vətən hər şeydən əvvəl onun uğrunda öləndən başlanır! Vətən sənsən, əsgər! Vətəni Vətən edən İgid!  

  Var ol, əsgər! Yaşa, igid Vətən!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da faciə qurbanlarının yekun sayı açıqlandı 26 İyul 2021, 00:57 Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı 26 İyul 2021, 00:43 Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic etdi 26 İyul 2021, 00:26 Daha 6 idmançımız mübarizəyə qoşulur - Tokio-2020 26 İyul 2021, 00:10 Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı 25 İyul 2021, 23:59 İsrail BƏƏ-yə ilk səfirini təyin etdi 25 İyul 2021, 23:48 “Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti 25 İyul 2021, 23:33 Martin "Barselona"dan ayrılır? 25 İyul 2021, 23:17 17 ildə ilk dəfə məğlub oldular 25 İyul 2021, 23:02 Şəhid polkovnikin oğlu əsgərliyə gedir 25 İyul 2021, 22:50 Gəncədə taksi sürücüsü bıçaqlandı 25 İyul 2021, 22:41 Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş... 25 İyul 2021, 22:28 Şahmatçımız dünya kubokunda heç-heçə etdi 25 İyul 2021, 22:14 Mingəçevirdə beşmərtəbəli binada yanğın 25 İyul 2021, 22:00 İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB 25 İyul 2021, 21:48 "İnter" Lukakunu satmaqdan imtina etdi 25 İyul 2021, 21:39 Türkiyədə pandemiya ilə bağlı vəziyyət pisləşir 25 İyul 2021, 21:21 Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI 25 İyul 2021, 21:10 Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi 25 İyul 2021, 20:58 Ucarda xəsarətlə nəticələnən yol qəzası - FOTO 25 İyul 2021, 20:43 Daşkəsəndə toyda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB 25 İyul 2021, 20:29 Tramp tərəfdarlarını sosial şəbəkələrlə mübarizəyə çağırdı 25 İyul 2021, 20:20 Fransada etirazçılarla polis arasında toqquşma 25 İyul 2021, 20:06 İdmançılara 30 saniyəlik maska icazəsi  25 İyul 2021, 19:38 Qazax sakinində narkotik aşkarlandı    25 İyul 2021, 19:34 Səməd Səmədov dəfn olundu  25 İyul 2021, 19:14 Dələduz direktor Azərbaycana ekstradisiya olundu 25 İyul 2021, 19:09 Daha 3 toy məclisində karantin qaydaları pozuldu 25 İyul 2021, 18:49 İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı 25 İyul 2021, 18:00 AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...” 25 İyul 2021, 17:51 Marina Nekrasova finala çıxa bilmədi  25 İyul 2021, 17:43 Ermənilər Kəlbəcəri yenə atəşə tutdu   25 İyul 2021, 17:34 Tokio-2020: Çin liderdir,  ABŞ üçüncü pilləyə yüksəldi – MEDAL SİYAHISI 25 İyul 2021, 17:22 Yaşar Vahabzadə "Kəpəz"də qaldı 25 İyul 2021, 17:16 Şəhid pilotumuzun anım mərasimi keçirildi 25 İyul 2021, 17:05