Modern.az

Cəbhə müxbirinin savaş təəssüratları: “Talışda dağıntıya rast gəlmədik”

Cəbhə müxbirinin savaş təəssüratları: “Talışda dağıntıya rast gəlmədik”

10 Noyabr 2020, 11:00

Qarabağ uğrunda döyüşlərin başlamasından 40 gündən çox vaxt keçir. Bu müddətdə cəbhədən qaynar xəbərlər verən jurnalistlər də yorulmadan çalışdılar.

Cəbhədə olan jurnalistlərimizdən biri də Xəzər TV-nin əməkdaşı İbrahim Kamiloğludur. İbrahim Kamiloğlu Modern.az-ın müxbirinə savaş təəssüratlarını danışıb.


- İbrahim bəy, hazırda cəbhədə əhalinin və əsgərlərimizin əhval-ruhiyyəsi necə idi?


- Əsgərlərimizdə yüksək döyüş əzmi, savaş əhval-ruhiyyəsi var. Hər biri can atır ki, daha da irəliyə getsin. Əsgərlərimizlə hər zaman ünsiyyətdə oluruq, onlar həmişə bildirirlər ki, döyüşə gedərkən çox həvəsli olurlar.

Həmçinin könüllü gələnlər, Səfərbərlik Xidmətinin qarşısında dayanıb döyüşə getmək istəyən insanlarlada söhbət etmək imkanımız olub, onlar torpaqları azad etmək üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər. Mülki əhali arasında da çox böyük ruh yüksəkliyi var. Dağılan evlərdə çəkilişlər aparırdıq, yaralanan insanlardan müsahibələr alırdıq, hər birinin yalnız bir sözü var idi: "Ordumuza, vətənimizə, qurban olsun". Ordumuza mülki əhali tərəfindən çox böyük dəstək var. Hamı istəyir ki, nə isə dəstəyi, əməyi olsun...


- İlk günkü döyüşlərlə indiki durumu necə müqayisə edərdiniz?


- Döyüşlərin ən qızğın vaxtı oktyabrın 10-da birinci humanitar atəşkəs elan olunana qədər oldu. Humanitar atəşkəs elan olunduqdan sonra Azərbaycan ordusu artıq atəş açmırdı, sadəcə olaraq hər hansı bir yerdən Azərbaycanın mövqeləri vurulurdusa, artıq o leqal hərbi hədəf sayılır və həmin cavab atəşi olaraq ora susdurulurdu. İlk humanitar atəşkəs elan olunan zaman hətta atəşkəsə 1 saat qalmış ən güclü atəşlərə şahid olurduq. Buna baxmayaraq ordumuzda heç bir ruh düşkünlüyü yox idi. Çünki xalq onların arxasındadır.


- Cəbhə bölgəsində olan xarici media nümayəndələri ilə əlaqələriniz necə idi?


- Xarici jurnalistlər var idi. Çəkilişlərə də əksər hallar da bir yerdə gedirdik. Biz onlara dəstək göstərməyə çalışırdıq, çünki onların imkanları daha çox olur. Hətta beynəlxalq mediada var idi cəbhə bölgəsində. Xarici media nümayəndələrinin verdiyi hansısa məlumat, xəbər, hadisənin reallığı daha geniş kütləyə, dünya auditoriyasına çıxır.

Həm yerli həm də, xarici media bir-birinə dəstək göstərirdi .


- İşğaldan azad edilmiş torpaqlarımızın hansında olmusunuz?


- Tərtərin Talış kəndində olmuşam. Talış kəndində mən bir şeyin şahidi oldum ki, Azərbaycan ordusu çox gözəl planla irəliləmiş. İşğal altında olan hansısa kəndin alınması çox böyük güc tələb edir. Amma hücum planı necə hazırlanmışdısa, evlərin heç birində dağıntı yox idi, sadəcə şüşələrdə güllə izləri vardı. Amma heç bir güclü dağıntıya rast gəlmədik.


Mehri QURBAN

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır