Arxiv
10 Noyabr 2020, 12:12 | DİASPOR
Tbilisidə Bayrağı Günü və Şuşanın azad edilməsi qeyd olundu

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə bayram şənliyi keçirilib.

 

Heydər Əliyev Parkında baş tutan tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

 

Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarının dalğalandırıldığı mərasimdə azərbaycanlı diplomatlar, iş adamları, SOCAR və “Akkord” şirkətlərinin bu ölkədəki nümayəndəliklərinin rəhbərləri və üzvləri, gürcü ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev soydaşlarımızı ikiqat bayram – Dövlət Bayrağı Günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə təbrik edib. Səfir Gürcüstan azərbaycanlılarının yüksək vətənpərvərlik hissinə malik olduqlarını, öz övladlarını da bu ruhda tərbiyə etdiklərini vurğulayıb. F.Quliyev bu tarixi dönəmdə Azərbaycan dövlətinə və ordusuna göstərilən dəstəyə görə, soydaşlarımıza və gürcü ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib.

 

Tədbirin bədii hissəsində Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin nəzdində fəaliyyət göstərən “Ceyran” musiqi-rəqs qrupu, aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyi uşaqlardan ibarət aşıqlar qrupu, Rasim və Ramin Pirməmmədov qardaşları çıxış ediblər.

 

Bayram şənliyi çərçivəsində uşaqlar Azərbaycan bayrağına həsr olunmuş müxtəlif rəsmlər çəkiblər. Sonda Azərbaycan bayrağının rənglərində olan şarlar havaya buraxılıb, "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10