Modern.az

Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 3,8% AZALIB

Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 3,8% AZALIB

İqtisadiyyat

13 Noyabr 2020, 14:05

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz az ümumi daxili məhsul istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5861,6 manata bərabər olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar