Arxiv
18 Noyabr 2020, 19:08 | AKTUAL
İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri bərpa olunacaq - Nazirlik

Mədəniyyət Nazirliyi tərəfindən “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, ilk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

 

Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə - eramızın I-II əsrlərində yayılmağa başlamışdır. Bu fəaliyyət xristianlığı yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına gələn həvarilər Varfolomey və Faddeyin, eləcə də Faddeyin yetirmələri olan Yelisey və Marın adları ilə bağlıdır. Həmin dövrdə indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian məbədinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlmiş, beləliklə, həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb.

 

 

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında  Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.  

 

Son 20 ildə Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılmışdır. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni (Qriqori) kilsəsi bərpa edilmişdir və ziyarət üçün açıqdır. Burada qədim kitablar da qorunub saxlanılır və kilsəni ziyarət edən xarici qonaqlar da bunu təqdirlə qeyd edirlər.

 

Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında xristian irsinin qorunmasına töhfələr verir. Ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır. Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərimizdə xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan “quş qripi” xəstəliyinə görə riskli ölkələr sırasında 28 Yanvar 2021, 17:08 Darxan Kıdırəli Qırğızıstanın yeni prezidentinin andiçməsində... 28 Yanvar 2021, 17:02 Yoluxma azaldı - 8 nəfər öldü 28 Yanvar 2021, 16:56 Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi 28 Yanvar 2021, 16:50 Tərtərdə traktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir 28 Yanvar 2021, 16:40 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58