Modern.az

Cəbrayılın məşhur simaları - “Atamın tikib, bircə gün də yaşamadığı evimizə gedib baxmaq istəyirəm” - Sabir Əhmədlinin oğlu

Cəbrayılın məşhur simaları - “Atamın tikib, bircə gün də yaşamadığı evimizə gedib baxmaq istəyirəm” - Sabir Əhmədlinin oğlu

Ədəbi̇yyat

19 Noyabr 2020, 09:30

“Biz xoşbəxt insanlarıq ki, bu günləri görə bildik. Mən həmişə prezidentimizin siyasətinə, ordumuzun gücünə, xalqımızın birliyinə inanmışam və atama demək istəyirəm ki, işğal olunmuş torpaqlarımıza, Cəbrayılımıza geri qayıdacağıq”.

Bu barədə Modern.az-a mərhum Xalq yazıçısı Sabir Əhmədlinin oğlu Etibar Əhmədov danışıb. Onun sözlərinə görə, atası son zamanlarına qədər torpaq həsrəti və oğlunun nisgili ilə alışıb-yanırdı.


“Çox ağır hislərdir. O, həmin hislərini “Axirət sevdası” romanında bədii cəhətdən çox gözəl bir şəkildə təcəssüm etdirmişdi. Həmin romanda qardaşım Məhəmmədin ölümünü və torpaq itkisini bir araya qataraq öz ağrı-acılarını əks etdirib”.


E.Əhmədov qeyd edib ki, atası son romanında Bakı-Mincivan qatarı ilə Cəbrayıla qayıtmaqlarından, evlərinə geri dönməklərindən yazıb.

“Elə bil ki, ordumuzun doğma torpaqlarımıza qayıdacağını o zamandan görürdü.

Mənim bir istəyim var ki, atamın öz əlləri ilə tikdiyi, bircə gün də yaşamadığı evimizə gedib baxım. Həyətimizdəki qoz ağacını görüm. Bəlkə də faşistlər o ağacları kəsiblər. Onlar olmasa belə, mən o yerləri gəzib, görmək istəyirəm”.



Sabir Əhmədli və Qarabağda şəhid olan oğlu Məhəmməd...



Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi