Modern.az

Bakıda ağır yol qəzası - 1 ölü, 1 yaralı var

Bakıda ağır yol qəzası - 1 ölü, 1 yaralı var

22 Noyabr 2020, 23:11

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

 

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili vurub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər