Modern.az

Co Bayden komanda üzvlərini bu tarixdə elan edəcək

Co Bayden komanda üzvlərini bu tarixdə elan edəcək

Aktual

22 Noyabr 2020, 23:50

Demokrat Cozef Bayden gələcək rəhbərliyindəki əsas təyinatlarını 24 noyabrda elan edəcək.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, bunu Baydenin Ağ Ev aparatının rəhbəri təyin etdiyi Ron Klayn açıqlayıb.

 

"Əgər konkret şöbələrə kimin rəhbərlik edəcəyini bilmək istəyirsinizsə, seçilmiş prezidentin noyabrın 24-ə onların adlarının verəcəyini gözləməlisiniz" - Klayn deyib.

 

Yeni aparat rəhbərindən demokratlar liderinin keçid komandasının administrasiyanın ümumi işlər idarəsini Baydenin ABŞ-dakı qələbəsini qəbul etməsinə məcbur etmək üçün hansı təsir gücünə sahib olduğu soruşularkən bildirib:

 

"İşlərin qəbulu prosesinin yalnız bir hissəsinə nəzarət edirik. Ağ Ev və Kabinetin işçilərini seçirik, siyasi kursun formalaşdırılması üçün planlar hazırlayırıq, yüksək səviyyəli görüşlər keçiririk".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir