Modern.az

Aeroport yolundakı qəza tıxaca səbəb oldu - FOTO

Aeroport yolundakı qəza tıxaca səbəb oldu - FOTO

Aktual

23 Noyabr 2020, 10:06

Bir qədər əvvəl hava limanı şossesində bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

 

Rəsmi məlumata görə, digər bir qəza da hava limanı istiqamətində olub. Baku “Expo” mərkəzi yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü